...

Azərbaycanda dövlət və biznes işçilərin icbari sığortasının inkişafı üçün birləşir

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Dekabr 2013 15:20 (UTC +04:00)
Azərbaycanın üç həyat sığortası şirkəti - "Paşa Həyat", "Atəşgah Həyat" və "Qala Həyat" - çərşənbə günü Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlər Əmək Müfəttişliyi Xidməti ilə əməkdaşlıq və tərəfdaşlıq haqında saziş imzalayıblar.
Azərbaycanda dövlət və biznes işçilərin icbari sığortasının inkişafı üçün birləşir

Azərbaycan, Bakı, 25 dekabr /Trend, müxbir A.Axundov/

Azərbaycanın üç həyat sığortası şirkəti - "Paşa Həyat", "Atəşgah Həyat" və "Qala Həyat" - çərşənbə günü Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlər Əmək Müfəttişliyi Xidməti ilə əməkdaşlıq və tərəfdaşlıq haqında saziş imzalayıblar.

Trend-in məlumatına görə, bu sazişin imzalanması istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortanın əhatəsinin genişləndirilməsinə, ölkədə işəgötürənlərin məsuliyyətinin artmasına, onların sığortanın bu növü haqqında məlumatlandırılmasına yönəlib.

Bundan başqa, saziş istehsalatda bədbəxt hadisələrin qarşısının alınması, normativ-hüquqi aktların layihələrinin hazırlanması, sənəd və məlumatların mübadiləsi üzrə üzrə birgə işlərin görülməsini nəzərdə tutur.

Sənədi Dövlət Xidmətinin rəhbəri İdris İsayev, "Paşa Həyat" şirkətinin sədr müavini Niyaz İsmayılov, "Atəşgah Həyat" şirkətinin İdarə Heyətinin sədri Əkbər Mədətli və "Qala Həyat" şirkətinin İdarə Heyəti sədri vəzifəsini müvəqqəti icra edən Əsgər Ələkbərov imzalayıblar.

İ.İsayevin sözlərinə görə, yaxın vaxtlarda tərəflər sazişin reallaşdırılması ilə əlaqədar tədbirlər planı hazırlayacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti