...

Metanol "Yaşıl Mühəndislik"də çox əhəmiyyətli nailiyyətdir

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Dekabr 2013 13:32 (UTC +04:00)
Ekoloji cəhətdən təmiz enerji texnologiyaları haqqında məşhur sayt www.greenerideal.com son illər ərzində “Yaşıl Mühəndislik”də (Green Engineering) əldə olunan vacib nailiyyətlər haqqında maraqlı məqalə dərc etmişdir.
Metanol "Yaşıl Mühəndislik"də çox əhəmiyyətli nailiyyətdir

Azərbaycan, Bakı, 28 dekabr /Trend/

Ekoloji cəhətdən təmiz enerji texnologiyaları haqqında məşhur sayt www.greenerideal.com son illər ərzində "Yaşıl Mühəndislik"də (Green Engineering) əldə olunan vacib nailiyyətlər haqqında maraqlı məqalə dərc etmişdir.

Ekoloji cəhətdən daha təmiz və ətraf mühit üçün daha təhlükəsiz variantlar istiqamətində dünya üzrə sosial maraq artdığı üçün, mühəndisliyin ən böyük problemi gündəlik həyatın əsas prinsiplərinə uyğun olan ekoloji cəhətdən əlverişli alternativləri yaratmaqdır. Dövlətlər bu prosesdə artıq iştirak edirlər və onlar ekoloji cəhətdən daha təmiz qanunvericiliyə doğru irəliləyirlər və "yaşıl mühəndisliyin" inkişafına dəstəyi artırırlar. Nəticədə, hansı şirkət öz fəaliyyətinin ekoloji cəhətdən təmiz olması üçün BU SAHƏYƏ investisiya qoymaqla dövlət vergilərinin əhəmiyyətli dərəcədə azalmasına qarşı ola bilər?- sayt yazır.

"Yaşıl Mühəndislik" təbii resursları qoruyan və bizim ətraf mühitə təsirimizi məhdudlaşdıran məhsulların və proseslərin layihələndirilməsi, inkişaf etdirilməsi və istehsalı ilə məşğul olur və eyni zamanda yeni və daha səmərəli məhsullarla irəliləyir. Bu mühəndislik növü hər şeydən əvvəl insan sağlamlığının və ətraf mühitin qorunmasını nəzərdə tutur və bunun iqtisadi səmərəlilik və ya məhsuldarlığa zərər gətirəcəyi fikrini qəbul etmir. Son illərdə biz, bu mühəndislik növünə marağın artdığını görürük ki, bu da öz növbəsində "yaşıl mühəndislik" sahəsində çoxsaylı əhəmiyyətli nailiyyətlərə gətirib çıxarır.

Çox yanacaqlı nəqliyyat vasitələri

Multi-yanacaqlı nəqliyyat vasitələri "yaşıl mühəndislik"də yeni bir şey deyil. Çox yanacaqlı nəqliyyat vasitələrində dəyişiklik daha əlverişli avtomobil hazırlanması istiqamətində inkişafdan ibarətdir. Burada bir ümumi yanacaq çənindən istifadə olunur və çən adi yanacaqla metanol və etanolun qarışığından ibarət olur. Bu, avtomobillərin buraxdığı qaz probleminin tam həlli deyil, ancaq hər bir nəqliyyat vasitəsindən buraxılan karbon qazının miqdarını əhəmiyyətli dərəcədə azaldır.

Inanmaq çətindir, lakin bu layihələndirmə 100 il əvvəl, 1900-cu illərin əvvəllərində bir neçə növ yanacaqla işləyə bilən Ford Model T sistemləşdirildiyi vaxtdan başlayıb. 90-cı illərdə Volkswagen kimi şirkətlər tərəfindən aparılan tədqiqatlardan və Ford şirkətinin EcoBoost mühərrikləri kimi ətraf mühitə atılan qazları məhdudlaşdıran digər texnologiyaların əldə edilməsindən sonra, bugün multi-yanacaqlı nəqliyyat vasitələri əlverişli alternativ vasitə hesab olunurlar.

ABŞ-da Açıq Yanacaq Standartları haqqında Qanuna uyğun olaraq, 2017-ci ilə qədər avtomobillərin əksəriyyəti multi-yanacaqlı olacaq və metanol, etanol, elektrik və hidrogenlə işləyə biləcək.

Metanol benzindən beş dəfə yavaş yanır və onu söndürmək xeyli asandır. ABŞ-ın Ətraf Mühitin Mühafizəsi üzrə Agentliyinin verdiyi rəyə görə, metanoldan istifadə olunması nəqliyyat vasitələrinin alışıb yanması nəticəsində ölən qurbanların sayını 95%-ə qədər endirəcəkdir.

Daha aşağı yanma temperaturu olan metanol əsaslı yanacaqla işləyən nəqliyyat vasitələri benzinlə işləyən analoqları ilə müqayisədə havaya karbon qazını və karbohidrogenləri əhəmiyyətli dərəcədə az və NOx birləşmələrini isə xeyli az buraxır.

Metanol əsaslı yanacaqla işləyən avtomobillər ənənəvi benzin mühərrikləri ilə müqayisədə 25-30% daha effektiv və təxminən dizel mühərrikləri ilə eyni olan effektivlik göstəricisi ilə işləyir.

Sayt son illərdə ekoloji cəhətdən digər mühim nailiyyətlər kimi Ultra Dizelin kəşfini, Külək Stansiyalarının və Vertikal Yaşıllaşdırmanın inkişafını qeyd edir.

Mənbə: www.azmeco.com

Məqalədə:
Xəbər lenti

Xəbər lenti