...

"PAŞA Həyat"ın təşkilatçılığı ilə 12 bankın nümayəndələri Almaniyada təlimdə iştirak ediblər (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Dekabr 2013 15:54 (UTC +04:00)
Azərbaycanın ən iri həyat sığortaçısı olan “PAŞA Həyat Sığorta” ASC korporativ müştəriləriləri ilə qarşılıqlı səmimiyyətdən qaynaqlanan uğurlu əməkdaşlığın nəticəsi kimi onlara olan diqqət və qayğısını bir daha nümayiş etdirib.
"PAŞA Həyat"ın təşkilatçılığı ilə 12 bankın nümayəndələri Almaniyada təlimdə iştirak ediblər (FOTO)

Azərbaycan, Bakı, 30 dekabr /Trend/

Azərbaycanın ən iri həyat sığortaçısı olan "PAŞA Həyat Sığorta" ASC korporativ müştəriləriləri ilə qarşılıqlı səmimiyyətdən qaynaqlanan uğurlu əməkdaşlığın nəticəsi kimi onlara olan diqqət və qayğısını bir daha nümayiş etdirib.

Belə ki, "PAŞA Həyat"ın təşəbbüsü və təşkilatçılığı ilə bir qrup tərəfdaş koporativ bank müştərilərinin nümayəndələri bu ilin dekabr ayının 15-19-da Almaniyanın Montabaur şəhərində (Frankfurtun yaxınlığında) keçirilən seminarda iştirak edib.

Almaniya Bank Akademiyası tərəfindən "Bank fəaliyyəti sahəsində risklərin idarə edilməsi" mövzusunda keçirilən seminarda "PAŞA Həyat"ın korporativ bank müştəriləri olan "AGBank", "Kapital Bank", "Azər Türk Bank", "MuğanBank", Turan Bank", "AtaBank", "Expressbank", "Accessbank", "Bank of Azerbaijan", "YapıKredi Bank Azərbaycan", "Bank Respublika" və "PAŞA Bank"ı təmsil edən nümayəndələr iştirak ediblər.

Məruzəçi qismində Almaniya və digər Avropa ölkələrindən bank işi üzrə dəvət olunmuş ekspertlər seminar iştirakçılarına "Bank fəaliyyəti sahəsində risklərin idarə edilməsi", "Almaniya banklarında (kooperativ banklarında) risklərin idarə edilməsinin həyata keçirilməsi", "Bazel Banklara Nəzarət Komitəsinin bank riskləri sahəsində qəbul etdiyi "Bazel II" və "Bazel III" sənədlərinin tələbləri", həmçinin "Avropa bank nəzarəti orqanlarının inkişafı" və "Avropa bank islahatlarının ümumi tendensiyaları və müasir vəziyyəti" mövzularında geniş təqdimatlar ediblər.

Qeyd edək ki, "PAŞA Həyat Sığorta" ASC-nin bu kimi beynəlxalq tədbirləri artıq Şirkət tərəfindən nümunəvi biznes ənənəsinə çevrilib. "PAŞA Həyat" Azərbaycan sığorta bazarında müştəri yönümlü tanınmış Şirkət olduğu üçün öz strategiyası və missiyasına uyğun olaraq müştəri məmnunluğunu əsas prioritet istiqamət kimi qiymətləndirir və bu siyasəti gələcəkdə də davam etdirmək niyyətindədir.

"PAŞA Holding" şirkətlər qrupunun ən gənc və uğurlu üzvlərindən biri olan "PAŞA Həyat Sığorta" ASC 2011-ci ilin fevral ayının 14-dən fəaliyyət göstərir. Cari ilin 11 ayı üzrə şirkət yığımlarının (32,963 mln.manat), həmçinin nizamnamə kapitalının (25,200 mln. manat) həcminə görə Azərbaycanın həyat sığortası bazarının lideridir. Hazırda şirkət müştərilərə istehsalatda bədbəxt hadisələrdən icbari sığorta növündən başqa, həyatın müddətli sığortası, yığım tərkibli yaşam sığortası, sağalmaz xəstəliklərdən sığorta və digər könüllü həyat sığortası məhsulları da təklif edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti