...

Azərbaycanda korporativ qiymətli kağızlar bazarı 50 faizdən çox artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Yanvar 2014 19:05 (UTC +04:00)
2013-cü ildə Bakı Fond Birjasında (BFB) bütün alətlər üzrə keçirilən birja əqdlərinin ümumi dövriyyəsi ötən illə müqayisədə 18,42 faiz azalaraq 8,476 milyard manat təşkil edib.
Azərbaycanda korporativ qiymətli kağızlar bazarı 50 faizdən çox artıb

Azərbaycan, Bakı, 8 yanvar /Trend, müxbir E.Əliyev/

2013-cü ildə Bakı Fond Birjasında (BFB) bütün alətlər üzrə keçirilən birja əqdlərinin ümumi dövriyyəsi ötən illə müqayisədə 18,42 faiz azalaraq 8,476 milyard manat təşkil edib.

BFB-dən Trend-ə verilən məlumata görə, ölkənin fond bazarının belə azalması dövlət qiymətli kağızlar bazarının 12,43 faiz azalması hesabına baş verib. Bununla yanaşı, korporativ qiymətli kağızlar bazarı 52,88 faiz artıb.

Dövlət qiymətli kağızlar bazarının həcmi ötən il 7,086 milyard manatı, korporativ kağızlar bazarının dövriyyəsi isə 1,388 milyard manatı ötüb.

Korporativ qiymətli kağızlar üzrə BFB-də keçirilmiş hərracların müqayisəli cədvəli (2013-ci ilin yanvar-dekabr ayları):

Bazarın seqmentləri

31.12.2013

31.12.2012

Faiz nisbəti

Əqdlərin həcmi,

AZN

Əqdlərin sayı

Əqdlərin həcmi,

AZN

Əqdlərin sayı

Korporativ istiqrazlar - (yerləşdirmə)

152 791 623.42

96

60 713 670.00

81

251.66%

Korporativ istiqrazlar - (təkrar bazar)

790 966 126.89

229

343 409 666.86

131

230.33%

Səhmlər - (yerləşdirmə)

423 163 180.89

349

488 028 562.76

548

86.71%

Səhmlər - (təkrar bazar)

21 440 318.04

3 505

15 958 952.50

3 413

134.35%

KQK bazarı cəmi

1 388 361 249.24

4 179

908 110 852.12

4 173

152.88%

Dövlət sektoru üzrə BFB-də keçirilmiş hərracların müqayisəli cədvəli (2013-ci ilin yanvar-dekabr ayları):

Bazarın seqmentləri

31.12.2013

31.12.2012

Faiz nisbəti

Əqdlərin həcmi,

AZN

Əqdlərin sayı

Əqdlərin həcmi,

AZN

Əqdlərin sayı

Dİ (AR MN) - (yerləşdirmə)

98 048 951.72

51

141 740 610.04

72

69.17%

Dİ (AR MN) -

(təkrar bazar)

36 556 828.09

14

25 713 253.59

23

142.17%

Notlar (AR MB) - (yerləşdirmə)

299 828 637.61

105

859 032 852.54

227

34.90%

Notlar (AR MB) -

(təkrar bazar)

43 955 612.02

4

210 732 784.43

37

20.86%

Repo əməliyyatları

6 609 110 630.25

583

6 856 471 656.45

948

96.39%

DQK bazarı cəmi

7 087 500 659.69

757

8 093 691 157.05

1 307

87.57%

İxtisarlar:

Dİ - dövlət istiqrazları

AR MN - Azərbaycan Respublikası Maliyyə Nazirliyi

AR MB - Azərbaycan Respublikasının Mərkəzi Bankı

DQK - Dövlət qiymətli kağızları

KQK- Korporativ qiymətli kağızlar

Məqalədə:
Xəbər lenti

Xəbər lenti