...

"Paşa Həyat Sığorta" kapitalını təqribən 60 faiz artırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Fevral 2014 20:09 (UTC +04:00)
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) "Paşa Həyat Sığorta" şirkətinin adi, adlı, sənədsiz səhmlərinin emissiya prospektini qeydiyyata alıb.
"Paşa Həyat Sığorta" kapitalını təqribən 60 faiz artırır

Azərbaycan, Bakı, 4 fevral /Trend, müxbir A.Axundov/

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) "Paşa Həyat Sığorta" şirkətinin adi, adlı, sənədsiz səhmlərinin emissiya prospektini qeydiyyata alıb.

Trend-in QKDK-ya istinadən verdiyi məlumata görə, bu çərçivədə səhmlərin nominal qiyməti təqribən 60 faiz artırılıb.

Emissiyanın yerləşdirilməsi nominal dəyəri 5750 manat olan 7 000 ədəd səhmin nominal dəyəri 3600 manat olan eyni sayda səhmə konvertasiyası yolu ilə həyata keçiriləcək.

Nəticədə şirkətin nizamnamə kapitalı 25,2 milyon manatdan 40,25 milyon manatadək artacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti