...

“PAŞA Həyat” istehsalatda xəsarət almış şəxsə 85 min manat həcmində sığorta ödənişi edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Fevral 2014 11:46 (UTC +04:00)
Azərbaycanın ən iri həyat sığortaçısı olan “PAŞA Həyat Sığorta” ASC istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta növü üzrə növbəti iri həcmli sığorta ödənişini həyata keçirib.
“PAŞA Həyat” istehsalatda xəsarət almış şəxsə 85 min manat həcmində sığorta ödənişi edib

Azərbaycan, Bakı, 5 fevral /Trend/

Azərbaycanın ən iri həyat sığortaçısı olan "PAŞA Həyat Sığorta" ASC istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta növü üzrə növbəti iri həcmli sığorta ödənişini həyata keçirib.

Şirkətin İctimaiyyətlə Əlaqələr Xidmətindən Trend-ə verilən məlumata görə, sığorta hadisəsi Azərbaycanda tikinti sahəsində fəaliyyət göstərən müəssisələrin birində baş verib. Belə ki, "PAŞA Həyat Sığorta" ASC-də sığortalanan müəssisənin işçisi (sığorta olunan) istehsalat zamanı bədbəxt hadisə nəticəsində ciddi xəsarət alaraq peşə əmək qabiliyyətinin 80%-ni müddətsiz itirib və həmin şəxsə 2-ci qrup əlillik dərəcəsi təyin edilib.

Zərərçəkmişlə bağlanmış sığorta müqaviləsində qeyd olunan şərtlərə uyğun olaraq, həmçinin "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə birdəfəlik sığorta ödənişi məbləğinin hesablanması qaydası"nın müvafiq bəndi tətbiq edilməklə 85,039 min manat həcmində birdəfəlik sığorta ödənişi sığorta olunanın bank hesabına köçürülüb.

"PAŞA Holding" şirkətlər qrupunun ən gənc və uğurlu üzvlərindən biri olan "PAŞA Həyat Sığorta" ASC 2011-ci ilin fevral ayının 14-dən fəaliyyət göstərir. Hazırda şirkət müştərilərə istehsalatda bədbəxt hadisələrdən icbari sığorta növündən başqa, həyatın müddətli sığortası, yığım tərkibli yaşam sığortası, sağalmaz xəstəliklərdən sığorta və digər könüllü həyat sığortası məhsulları da təklif edir. Cari ilin yanvar ayının 1-nə şirkətin nizamnamə kapitalı 25,200 mln. manat təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti