...

Azərbaycan gəmilərinin Rusiyanın daxili sularından keçməsi məsələsi açıq olaraq qalır

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Mart 2014 19:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 mart /Trend, müxbir E.İsmayılov/

Azərbaycan bayrağı altında üzən gəmilərin Rusiyanın daxili su yolları vasitəsilə sadələşdirilmiş keçidi məsələsi açıq olaraq qalır. Bunu Trend-ə Azərbaycan Dövlət Dəniz Administrasiyasının rəis müavini Ehtiram Rəhimov deyib.

Onun sözlərinə görə, hazırda Qara dənizdə Azərbaycan bayrağı altında üzən gəmi yoxdur (onlar Xəzərə göndərilib): "Buna baxmayaraq, Rusiyanın daxili sularına (Volqa və Don çayları, habelə Volqa-Don kanalı) sərbəst çıxışın olması yerli gəmilərin Xəzərdən Qara dənizə və əksinə keçməsi zərurəti yaranan zaman vacib amilə çevrilir".

E.Rəhimov qeyd edib ki, hazırda Rusiyanın daxili suları ilə keçid üçün icazənin alınması proseduru olduqca mürəkkəbdir və çox vaxt aparır: "Hazırda Qara dənizdə Azərbaycan gəmisinin olmamasına və bu dənizə keçidin il ərzində bir neçə dəfə istifadə edilməsinə baxmayaraq, sadələşdirilmiş keçid proseduru aktual olaraq qalır və danışıqlar mövzusudur. İnanıram ki, danışıqlar yekunda müsbət nəticə verəcək".

Qeyd edək ki, hazırda Azərbaycan bayrağı altında üzən və Dövlət Dəniz Administrasiyasında, Beynəlxalq Dəniz Təşkilatında qeydiyyatdan keçmiş gəmilərin sayı 481 ədəddir. Lakin Azərbaycanın mövcud gəmilərinin sayı göstərilən rəqəmdən çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti