...

"Muğanbank" filial şəbəkəsini genişləndirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Aprel 2014 15:57 (UTC +04:00)
"Muğanbank" Saatlı və Bərdə şəhərlərində 2 yeni filialını açaraq regionlarda xidmət şəbəkəsini daha da genişləndirib.
"Muğanbank" filial şəbəkəsini genişləndirir

Azərbaycan, Bakı, 3 aprel /Trend/

"Muğanbank" Saatlı və Bərdə şəhərlərində 2 yeni filialını açaraq regionlarda xidmət şəbəkəsini daha da genişləndirib.

Bankdan Trend-ə verilən məlumata görə, yeni açılmış filiallarda müştərilərə hər növ bank xidmətləri təqdim edilir.

Son zamanlar "Muğanbank"ın regionlarda xidmət şəbəkəsinin sayı artaraq 15-ə çatıb. Yeni filialların açılması ilə "Muğanbank" regionlarda yaşayan əhalinin müxtəlif bank xidmətlərindən yararlanmasına şərait yaradır.

Filiallarda fiziki və hüquqi şəxslərə xidmət göstərərək, onlara hesab açılması, depozitlərin qəbulu, kreditlərin rəsmiləşdirilməsi, bank kartlarının sifarişi, hasablaşma-kassa əməliyyatları, təcili pul köçürmələri və s. bank xidmətləri təklif edilir.

Qeyd edək ki, Saatlı filialı Saatlı şəhəri, Heydər Əliyev prospekti, 207 D ünvanında, Bərdə filialı isə Bərdə şəhəri, Nizami küçəsində fəaliyyət göstərir.

Azərbaycan maliyyə-bank sektorunun tanınmış qurumlarından biri olan "Muğanbank" ASC 1992-ci ildə fəaliyyətə başlayıb. Hazırda bankın ölkə ərazisində 33 filialı və 6 şöbəsi, həmçinin Moskva şəhərindəki nümayəndəliyi müştərilərə hər növ bank məhsulları üzrə keyfiyyətli xidmət göstərir. "Muğanbank" ASC ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Beynəlxalq Maliyyə Korporasiyası (IFC), ABŞ-ın "WorldBusiness Capital" (WBC) investisiya fondu, Xarici Özəl İnvestisiyalar Korporasiyası (OPIC), Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) kimi beynəlxalq iqtisadi qurumlarla əməkdaşlıq edir.

"Muğanbank"ın xidmət və məhsulları haqqında ətraflı məlumat almaq üçün 933 Məlumat Mərkəzinə zəng edə və ya www.muganbank.az saytına, həmçinin https://www.facebook.com/pages/Muganbank/106864156005722?ref=hl səhifəsinə keçid ala bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti