...

"PAŞA Həyat Sığorta" nizamnamə kapitalını 60 faiz artırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Aprel 2014 15:56 (UTC +04:00)
"PAŞA Həyat Sığorta" ASC-nin nizamnamə kapitalının artırılması ilə bağlı elan etdiyi əlavə emissiyanın yerləşdirilməsi prosesi uğurla başa çatdırılıb.
"PAŞA Həyat Sığorta" nizamnamə kapitalını 60 faiz artırıb

Azərbaycan, Bakı, 10 aprel /Trend/

"PAŞA Həyat Sığorta" ASC-nin nizamnamə kapitalının artırılması ilə bağlı elan etdiyi əlavə emissiyanın yerləşdirilməsi prosesi uğurla başa çatdırılıb.

Şirkətin İctimaiyyətlə Əlaqələr Xidmətindən Trend-ə verilən məlumata görə, "PAŞA Həyat Sığorta" ASC-nin ümumi sayı 7 000 ədəd olan adi, adlı, sənədsiz səhmlərinin hər birinin nominal dəyəri 3 600 manatdan 5 750 manatadək artırılıb. Bununla da şirkətin nizamnamə kapitalı 59,7% artırılaraq 40,250 mln. manata çatdırlıb.

"PAŞA Holding" Şirkətlər Qrupunun ən gənc və uğurlu üzvlərindən biri olan "PAŞA Həyat Sığorta" ASC 2011-ci il fevral ayının 14-dən fəaliyyət göstərir. Şirkət müştərilərə istehsalatda bədbəxt hadisələrdən icbari sığorta, həyatın müddətli sığortası, yığım tərkibli yaşam sığortası, sağalmaz xəstəliklərdən sığorta və digər könüllü həyat sığortası məhsulları təklif edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti