...

"PAŞA Həyat"ın əməkdaşları Almatıda keçirilən beynəlxalq konfransda iştirak ediblər

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Aprel 2014 16:50 (UTC +04:00)
“PAŞA Həyat Sığorta” ASC-nin əməkdaşları Qazaxıstanın Almatı şəhərində keçirilən “Risklərin İdarə olunması üzrə X Beynəlxalq Konfrans”da iştirak ediblər.
"PAŞA Həyat"ın əməkdaşları Almatıda keçirilən beynəlxalq konfransda iştirak ediblər

Azərbaycan, Bakı, 29 aprel /Trend/

"PAŞA Həyat Sığorta" ASC-nin əməkdaşları Qazaxıstanın Almatı şəhərində keçirilən "Risklərin İdarə olunması üzrə X Beynəlxalq Konfrans"da iştirak ediblər.

Şirkətin İctimaiyyətlə Əlaqələr Xidmətindən Trend-ə verilən məlumata görə, konfransda iştirakçı ölkələrin nümayəndələri tərəfindən risklərin idarə olunması, energetika, qlobal neft sektoru, sığorta və təkrar sığorta bazarının perspektivləri, Mərkəzi Asiyada maliyyə sabitliyi, Çin iqtisadiyyatının inkişaf perspektivləri və digər mövzularda maraqlı müzakirə və fikir mübadiləsi aparılıb.

İyirmidən çox ölkədən 250-yə yaxın nümayəndənin qatıldığı konfransda Azərbaycandan 4 sığorta şirkəti iştirak edib. Tədbirdə "PAŞA Həyat Sığorta" ASC-ni risk üzrə menecerləri təmsil edib.

Qeyd edək ki, konfransa Rusiya, Özbəkistan, Belarus, Ukrayna, İngiltərə, ABŞ, Fransa, İsveçrə, Hindistan, Birləşmiş Ərəb Əmirlikləri, Misir, Türkiyə və digər dövlətlərin nümayəndələri iştirakçı, eyni zamanda, spiker qismində qatılıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti