...

"PAŞA Həyat" ISO üzrə beynəlxalq uyğunluq sertifikatını yeniləyib

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 May 2014 19:17 (UTC +04:00)
“PAŞA Həyat Sığorta” ASC-nin ISO 9001:2008 beynəlxalq keyfiyyət standartına uyğunluğunun yenilənməsi üçün “TÜV Thüringen” beynəlxalq sertifikatlaşdırma şirkəti tərəfindən növbəti audit keçirilib.
"PAŞA Həyat" ISO üzrə beynəlxalq uyğunluq sertifikatını yeniləyib

Azərbaycan, Bakı, 2 may /Trend/

"PAŞA Həyat Sığorta" ASC-nin ISO 9001:2008 beynəlxalq keyfiyyət standartına uyğunluğunun yenilənməsi üçün "TÜV Thüringen" beynəlxalq sertifikatlaşdırma şirkəti tərəfindən növbəti audit keçirilib.

Şirkətin İctimaiyyətlə Əlaqələr Xidmətindən Trend-ə verilən məlumata görə, audit müştərilərin şirkət tərəfindən təqdim olunan məhsul və xidmətlərdən məmnunluq səviyyəsinin artırılması məqsədi ilə şirkətdə keyfiyyətin idarəetmə sisteminin standartının bütün tələblərinə uyğunluğunun yoxlanılması üçün keçirilib.

Audit zamanı keyfiyyətin idarəetmə sisteminin planlaşdırılmasının və tətbiqinin səmərəliliyi, həmçinin şirkətin siyasətində əks olunmuş məqsədlərə nail olunmasında effektivliyi dərəcəsi də yoxlanılıb.

Uğurla yekunlaşan yoxlama zamanı keyfiyyət idarəetmə sisteminin inkişafında şirkətin əməkdaşlarının yüksək peşəkarlığının rolu xüsusi ilə qeyd olunub.

Qeyd edək ki, yenilənən ISO 9001:2008 beynəlxalq keyfiyyət uyğunluq sertifikatı Şirkətin sayca ikinci sertifikatı sayılır. İlk İSO sertifikatı 2011-ci ldə verilib və həmin ildən etibarən hər il "TÜV Thüringen" tərəfindən "PAŞA Həyat Sığorta" şirkətində nəzarət auditi keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti