...

Azərbaycanda sərmayəçilərin hüquqlarının pozulması ilə bağlı müraciətlərin sayı azalıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 May 2014 10:57 (UTC +04:00)
2014-cü ilin yanvar-aprel aylarında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə (QKDK) 336 səhmdar cəmiyyət tərəfindən sərmayəçilərinin hüquqlarının pozulması ilə bağlı 117 şikayət və 8 müraciət daxil olub.
Azərbaycanda sərmayəçilərin hüquqlarının pozulması ilə bağlı müraciətlərin sayı azalıb

Azərbaycan, Bakı, 29 may /Trend, müxbir E.Əliyev/

2014-cü ilin yanvar-aprel aylarında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə (QKDK) 336 səhmdar cəmiyyət tərəfindən sərmayəçilərinin hüquqlarının pozulması ilə bağlı 117 şikayət və 8 müraciət daxil olub. Trend-in məlumatına görə, bu barədə QKDK-nın saytında yerləşdirilmiş hesabatda deyilir.

Məlumata görə, 2013-cü ilin analoji dövrü ilə müqayisədə şikayətlərin sayı 4, müraciətlərin sayı isə 20 faiz azalıb.

Fəaliyyətlərində qanun pozuntularının müşahidə edildiyi SC-lərə 108 min manat məbləğində inzibati cərimələr tətbiq edilib ki, bu da ötən ilin yanvar-aprel göstəricisini 6,5 dəfə üstələyir.

Qanun pozuntularının aradan qaldırılması üçün 14 SC-yə icrası məcburi göstərişlər verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti