...

"Muğanbank" filial şəbəkəsini genişləndirir (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 İyun 2014 16:14 (UTC +04:00)
Son zamanlar "Muğanbank" ölkə ərazisində yeni filiallar açaraq xidmət şəbəkəsini daha da genişləndirir. Belə ki, bankın Bakı şəhərində "VİP" filialı, Şamaxı və Ağcabədi şəhərlərində isə daha 2 yeni filialı fəaliyyətə başlayıb.
"Muğanbank" filial şəbəkəsini genişləndirir (FOTO)

Azərbaycan, Bakı, 13 iyun /Trend/

Son zamanlar "Muğanbank" ölkə ərazisində yeni filiallar açaraq xidmət şəbəkəsini daha da genişləndirir. Belə ki, bankın Bakı şəhərində "VİP" filialı, Şamaxı və Ağcabədi şəhərlərində isə daha 2 yeni filialı fəaliyyətə başlayıb.

Bankdan Trend-ə verilən məlumata görə, "VİP" filial Bakı şəhəri, H.Seyidzadə küçəsi, 35/37 ünvanında yerləşir və müştərilərə hər növ bank xidmətləri təqdim edir. Şamaxı şəhəri, H.Əliyev küçəsində yerləşən Şamaxı filialı və Ağcabədi şəhəri, Nəsimi küçəsində yerləşən Ağcəbədi filialı isə həmin regionlarda yaşayan əhalinin müxtəlif bank xidmətlərindən yararlanmasına şərait yaradır.

Qeyd edək ki, 2014-cü ilin I yarısında "Muğanbank"ın ölkə üzrə 9 yeni filialı və 1 şöbəsi fəaliyyətə başlayıb.

Azərbaycan maliyyə-bank sektorunun tanınmış qurumlarından biri olan "Muğanbank" ASC 1992-ci ildə fəaliyyətə başlayıb. Hazırda bankın ölkə ərazisində 39 filialı və 7 şöbəsi, həmçinin Moskva şəhərindəki nümayəndəliyi müştərilərə hər növ bank məhsulları üzrə keyfiyyətli xidmət göstərir. "Muğanbank" ASC ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Beynəlxalq Maliyyə Korporasiyası (IFC), ABŞ-ın WorldBusiness Capital (WBC) investisiya fondu, Xarici Özəl İnvestisiyalar Korporasiyası (OPIC), Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) kimi beynəlxalq iqtisadi qurumlarla əməkdaşlıq edir.

"Muğanbank" ASC-nin məhsulları və xidmətləri ilə bağlı ətraflı məlumat almaq istəyənlər bankın məlumat mərkəzinə, (012) 933 telefon nömrəsinə zəng edə bilərlər. Həmçinin bankın rəsmi saytı http://www.muganbank.az/, Facebook və Twitter səhifələrini izləməklə bank və onun fəaliyyəti haqqında daim yeni xəbərlərlə tanış ola bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti