...

Ziyad Səmədzadə: Əmək məhsuldarlığı Azərbaycanın iqtisadi inkişafının əsas indikatoru olmalıdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 İyun 2014 13:03 (UTC +04:00)
Əmək məhsuldarlığı Azərbaycanın iqtisadi inkişafının əsas indikatoru olmalıdır. Trend-in məlumatına görə, bunu cümə günü Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə əmək müqavilələri haqqında bildirişlərin elektron informasiya sisteminin təqdimatında deyib.
Ziyad Səmədzadə: Əmək məhsuldarlığı Azərbaycanın iqtisadi inkişafının əsas indikatoru olmalıdır

Azərbaycan, Bakı, 27 iyun /Trend, müxbir Emin Əliyev/

Əmək məhsuldarlığı Azərbaycanın iqtisadi inkişafının əsas indikatoru olmalıdır. Trend-in məlumatına görə, bunu cümə günü Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə əmək müqavilələri haqqında bildirişlərin elektron informasiya sisteminin təqdimatında deyib.

Onun sözlərinə görə, məşğulluq və əməyin qanuniliyi mövzusu aktual olub və olacaq: "Əsas məqsədimiz əhalinin gəlirlərinin artım tempi və iqtisadi inkişaf tempi arasında ahəngin təmin edilməsidir".

Z. Səmədzadə qeyd edib ki, əmək məhsuldarlığı əvvəllər inkişafın prioritet göstəricilərindən biri olub: "Etiraf etmək lazımdır ki, hazırda təəssüf ki, buna çox da diqqət yetirilmir. Vətəndaşlarımızın əməyinin səmərəliliyinin iqtisadi artımın qiymətləndirilməsinin əsas meyarlardan biri olmasına çalışmaq lazımdır".

Millət vəkili əlavə edib ki, əmək haqlarının ölkə ÜDM-nə nisbətdə az olması məhz qeyri-leqal işçilərin mövcudluğu ilə izah edilir: "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, həmçinin əmək müqavilələrin elektron qeydiyyat sisteminin reallaşdırılmasında iştirak edən digər dövlət orqanları cəmiyyətin düşüncəsini dəyişməyə, işçilərin qanuni sənədləşdirilməsi təcrübəsini hər yerdə tətbiq etməyə kömək edəcək böyük həcmdə iş görüblər. Bəli, çətin olacaq, çünki hər bir sahibkar xərclərinin az olmasında maraqlıdır. Lakin eyni zamanda, başa düşmək lazımdır ki, leqal işçilərin sayının atması ilə icbari dövlət sosial sığortası üzrə yığımlar, dövlət büdcəsinin gəlirləri çoxalır. Əminəm ki, bu şəraitdə müvafiq qanunvericilik dəyişəcək və sahibkarların istehsal etdiyi məhsulların rəqabət qabiliyyətini təmin etmək naminə onlara qarşı vergi yükü azaldılacaq. Dövlət büdcəsinin gəlirləri vergi yükünün artması hesabına deyil, vergi ödəyicilərinin sayının çoxalmasl sayəsində artacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti