...

"Azərbaycan Hava Yolları" bəzi reysləri üzrə xüsusi aksiya keçirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 İyul 2014 18:25 (UTC +04:00)
"Azərbaycan Hava Yolları" QSC (AZAL) Böyük Britaniya, İran, Çin və Rusiyaya bəzi reyslərində xüsusi aksiya keçirir.
"Azərbaycan Hava Yolları" bəzi reysləri üzrə xüsusi aksiya keçirir

Azərbaycan, Bakı, 11 iyul /Trend, müxbir Emil İsmayılov/

"Azərbaycan Hava Yolları" QSC (AZAL) Böyük Britaniya, İran, Çin və Rusiyaya bəzi reyslərində xüsusi aksiya keçirir. Bu barədə Trend QSC-nin rəsmi internet saytına istinadən məlumat verir.

Belə ki, şirkətin London (və geriyə) aviareysinə biletləri 459 avroya, Pekinə 409 avroya, Tehrana və Təbrizə - 179 avroya, Rostov-na-Donuya 219 avroya, Permə 309 avroya, Nijni Novqoroda 319 avroya və Kazana 249 avroya almaq olar.

Biletlərin satış müddəti 15 iyuldan 31 iyuladək, uçuşların müddəti isə 15 iyuldan 14 avqustadəkdir.

Təkcə Rusiya Federasiyasının şəhərlərindən uçuşlar üçün yerlərin sayı məhdud ola bilər, aviabiletləri yenidən bronlamağa və qaytarmağa icazə verilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti