...

MasterCard Azərbaycandakı kart sahiblərinə xüsusi üstünlüklər təqdim edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Sentyabr 2014 12:00 (UTC +04:00)
MasterCard Azərbaycandakı bütün kart sahiblərinə yeni “MasterCard-dan Üstünnüklər” kampaniyasının başlanmasını elan edir.
MasterCard Azərbaycandakı kart sahiblərinə xüsusi üstünlüklər  təqdim edir

Azərbaycan, Bakı, 4 sentyabr /Trend/

MasterCard Azərbaycandakı bütün kart sahiblərinə yeni "MasterCard-dan Üstünnüklər" kampaniyasının başlanmasını elan edir. Həmin proqram məhz Master Card kart sahiblərinə xüsusi üstünlüklərdən və hədiyyərdən yararlanmağa imkan verir.

Hal-hazırda sözügedən kampaniya yalnız Bakı şəhərini əhataetsədə, yaxın gələcəkdə onun bütün ölkəyə yayılması nəzərdə tutulur.

"MasterCard-dan Üstünnüklər" kampaniyası cari ilin sentyabr ayının 1-dən başlayır və başlayan gündən etibarən kart sahibləri mağazalarda, restoranlarda və şəhərin digər yerlərində MasterCard-la alış-veriş edərək üstünlüklərdən yararlanacaqlar.

Kampaniya zamanı kartla alış-veriş edənlər Beat Group restoranlarında və gül dükanlarında (Opera Sky, Opera Lounge, 150 Bar grill, Sumakh, Vivel, Bisque, Nakhchivan,Pakhlava və Lilac), Şopinqi sevənlər isə MyBrands mağazalarında (Accessorize, Adidas, Bebe, Coast, Coccinelle, Liu Jo, Monsoon, Nike, Nine West, Pabloski, Sisley, Tommy Hilfiger and UC of Benetton) 10 % edinrim əldə edə biləcəklər. Bununla yanaşı İdeal mağazalar şəbəkəsi və Schwarzkopf Professional Studio gözəllik salonunda öz MasterCard kartlariyla alış-veriş edenlər 10 % endirimlərdən də yararlana biləcəklər.

Adıçəkilən üstünlüklərlə yanaşı MasterCard sahiblərinə daha gözəl fürsətlər də təqdim olunacaq. MasterCard kartınızla alış-veriş etmənin, əylənmənin və səyahət etmənin tam zamanıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti