...

"Bank Technique"-in internet ödənişləri daha təhlükəsiz olacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Sentyabr 2014 14:51 (UTC +04:00)
Bank kartlarından istifadə edərək internet ödəmələrinin təhlükəsizliyini təmin etmək məqsədi ilə "Bank Technique" ASC MasterCard kartlarını da pulsuz olaraq "3D Secure" texnologiyasına qoşulmasını təmin edib.
"Bank Technique"-in internet ödənişləri daha təhlükəsiz olacaq

Azərbaycan, Bakı, 12 sentyabr/Trend/

Bank kartlarından istifadə edərək internet ödəmələrinin təhlükəsizliyini təmin etmək məqsədi ilə "Bank Technique" ASC MasterCard kartlarını da pulsuz olaraq "3D Secure" texnologiyasına qoşulmasını təmin edib. Xatırladaq ki, bir qədər əvvəl VISA kart sahibləri bu xidmətdən yararlanmağa başlamışdılar.

Bankdan cümə günü Trend-ə verilən məlumata görə, "3D Secure" texnologiyası kart məlumatları sızdıqda belə, başqa şəxslər tərəfindən internetdə istifadəsini mümkünsüz edir. Əməliyyatların təhlükəsizliyi birdəfəlik şifrənin daxil edilməsi məcburiyyəti ilə təmin edilir. Şifrəni iki üsulla əldə etmək mümkündür: Bankomatdan (ATM) birdəfəlik şifrələr siyahısını çap etdirərək və ya SMS vasitəsi ilə (bu halda "SMS Xəbərdarlıq" xidmətinə qoşulma mütləqdir).

"3D Secure" proqramında qeydiyyatdan buradan keçmək mümkündür: https://acs.3dsecure.az/way4acs/enroll. Qeydiyyatdan sonra, "3D Secure" texnologiyasının dəstəkləyən saytlarda (bir qayda olaraq, "Verified By Visa" və "MasterCard® SecureCode™" loqotipləri ilə işarələnir), alış-veriş zamanı kart rekvizitlərini qeyd etməklə, əlavə olaraq birdəfəlik şifrəni də daxil etmək lazım olacaq.

1994-cü ildən Azərbaycanın maliyyə xidmətləri bazarında fəaliyyətə başlayan "Bank Technique" Açıq Səhmdar Cəmiyyəti (ASC), 2012-ci ilin sentyabr ayında həyata keçirdiyi uğurlu rebrendinq nəticəsində, innovativ və qabaqcıl bank imicini yarada bilib. Özəl bank sektorunda uğurlu və sürətli inkişaf mexanizmi ilə fərqlənən "Bank Technique" ASC, Azərbaycanda geniş spektrdə bank və maliyyə xidmətləri göstərir.

Hazırda "Bank Technique"in 29 filial və 26 şöbəsi Bakı, Gəncə, Sumqayıt, Abşeron, Mingəçevir, Quba, Qəbələ, Beyləqan, Biləsuvar, Zaqatala, Cəlilabad, Ağstafa, Lənkəran və Tərtərdə müştərilərin xidmətindədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti