...

“Amrahbank” filial şəbəkəsini genişləndirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Sentyabr 2014 10:57 (UTC +04:00)
“Amrahbank”ın Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi 262 A ünvanında fəaliyyət göstərən Sahil filialının açılış mərasimi keçirilib.
“Amrahbank” filial şəbəkəsini genişləndirir

Azərbaycan, Bakı, 15 sentyabr /Trend/

"Amrahbank"ın Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi 262 A ünvanında fəaliyyət göstərən Sahil filialının açılış mərasimi keçirilib.

Bankdan bazaar ertəsi Trend-ə daxil olan məlumata görə, müştərilərinə göstərilən bank xidmətlərinin keyfiyyətinin daha da yaxşılaşdırılıması, onlarala qarşılıqlı potensial əməkdaşlığın inkişaf etdirilməsi nöqteyi nəzərindən fəaliyyətə başlayan Sahil filialı müasir tələblərə cavab verərək həm fiziki həm də korporativ müştərilərə bütün bank xidmətlərini, o cümlədən kreditlərin verilməsi, cari və əmanət hesablarının açılması, sürətli pul köcürmələri, Visa, Mastercard tipli beynəlxalq plastik kartlar ilə əməliyyatlar, valyuta mübadiləsi, hesablaşma-kassa əməliyyatları və s. xidmətləri təklif edir.

Açılış mərasimində Müşahidə Şurasının sədri cənab Yunis İldırımzadə, İdarə Heyətinin üzvləri, bankın təşkilati-struktur rəhbərləri, filial direktorları və xüsusi dəvət olunmuş qonaqlar iştirak edirdilər.

Açılış mərasimini açan Müşahidə Şurasının sədri cənab Yunis İldırımzadə tədbir iştirakçılarını salamlayaraq son zamanlarda "Amrahbank"ın dinamik inkişafından və son dövrlərdə əldə etdiyi uğurlarından və gələcək hədəflərindən danışdı.

Qeyd edildi ki, Sahil fililının açılması "Amrahbank"ın fəaliyyətə başladığı gündən 24-cü filialıdır. Bu isə təkcə əhaliyə bank xidmətləri göstərilməsi demək deyil, eyni zamanda bankın əməkdaşlarının üzv olduqları minlərcə Azərbaycanlı ailəsinin maddi -rifah halının yüksədilməsinə, ölkədə işsizliyin aradan qaldırılmasına qarşı yönəldilmiş iqtisadi siyasətin bir tərkib hissəsidir.
"Amrahbank gələcəyə çox nikbin baxır, biz son illərdə ölkəmizdə yaranan müsbət inkişaf tendensiyalarının gələcəkdə də davam edəcəyinə inanırıq və "Amrahbankın"da Azərbaycan iqtisadiyyatının tərkib hissəsi kimi dinamik inkişafının davamlı olacağına əminik"

Fikirlərini "Amrahbank"ın uğurları haqqında davam etdirən Y.İldırımzadə bankın PWC şirtkəti tərəfindən hazırlanmış audit hesabatına əsasən fevral ayından etibarən məcmu kapitalının 50 mln dan yuxarı, hal-hazırda 55 mln AZN-ə bərabər olduğunu qeyd etdi. Bankın hazırda aktiv kredit siyasəti həyata keçirdiyini bildirəm İldırımzadə bunun beynəlxalq şirkətlərin də diqqətini çəkdiyini və buna görə də yaxın zamanlarda "Global Banking and Finans Review" nəşriyyat qrupunun Amrahbank ASC ni 2013-cü ildə "Mikro- Kiçik- Orta Sahibkarlığa göstərilən xidmətlər üzrə Azərbaycanın ən sürətlə inkişaf edən bankı" nominasiyasına layiq gördüyünü iştirakçıların diqqətinə çatdırdı. (http://www.globalbankingandfinance.com/global-banking-finance-review-awards-2014/)

1993-cü ildə təsis edilmiş Amrahbank Azərbaycanın ilk və aparıcı banklarından biridir. Amrahbank həm fərdi, həm də korporativ müştərilərə bütün bank xidmət və məhsullarını, o cümlədən cari və depozit hesabları, hesablaşma-kassa və plastik kartlarla əməliyyatlar, yerli və beynəlxalq pul köçürmələri, istehlak və biznes kreditləri, sənədli əməliyyatlar, ticarətin maliyyələşdirilməsi və digər bank xidmətlərini təqdim edir. Hal-hazırda bankın 23 filiali və 1 şöbəsi fəaliyyət göstərən bank paytaxtla yanaşı respublikamızın Sumqayıt, Lənkəran, Tovuz, Şəmkir, Biləsuvar, Bərdə, Gəncə, Masallı, Goranboy kimi regionlarını əhatə edir.

Bəhreyn Krallığında fəaliyyət göstərən Beynəlxalq İnvestisiya Bankı (www.iib-bahrain.com), 2008-ci ildən "Amrahbank"ın strateji səhmdarıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti