...

Azərbaycanda MHBS əsasında mühasibat uçotunun aparılması üzrə strukturların siyahısı yenilənib

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Oktyabr 2014 14:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 oktyabr /Trend, müxbir Azad Həsənli/

Nazirlər Kabineti maliyyə hesabatlarının beynəlxalq standartlarına (MHBS) əsasən mühasibat uçotunu aparmalı və maliyyə hesabatlarını təqdim etməli olan ictimai əhəmiyyətli qurumların (kredit təşkilatlarından, sığorta şirkətlərindən, investisiya fondlarından, qeyri-dövlət (özəl) sosial fondlarından, qiymətli kağızları fond birjasında dövriyyədə olan hüquqi şəxslərdən başqa) siyahısını təsdiq edib.

Trend-in məlumatına görə, bu barədə Nazirlər Kabinetinin rəsmi mətbuatda dərc edilən qərarında deyilir.

Qərara əsasən, ictimai əhəmiyyətli qurumların siyahısına 27 təşkilat daxil edilib.

Onlar arasında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturuna daxil olan qurumlar - "Azneft", "Azərikimya", "Azəriqaz", "Marketinq və İqtisadi Əməliyyatlar" İdarəsi, "Qaz İxrac" İdarəsi, Heydər Əliyev adına Neft Emalı Zavodu, "Azərneftyağ" Neft Emalı Zavodu, "Bakı Metropoliteni" QSC, "Azərbaycan Dəmir Yolları" QSC, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC, "Azərbaycan Hava Yolları" QSC, "Azərsu" ASC, "Azərenerji" ASC, "Bakıelektrikşəbəkə" ASC, "Azenco" ASC, "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC, "Avro-Asiya İnşaat Korporasiyası" "Evrascon" ASC, Holcim (Azərbaycan) Açıq Səhmdar Cəmiyyəti, "Silk Way Aviaşirkəti" Məhdud Məsuliyyətli Cəmiyyəti, "Azərbaycan İstilik Elektrik Stansiyası" Məhdud Məsuliyyətli Cəmiyyəti, "BakuSteelCompany" Məhdud Məsuliyyətli Cəmiyyəti, "Azərinşaatservis" Məhdud Məsuliyyətli Cəmiyyəti, "Azvirt" Məhdud Məsuliyyətli Cəmiyyəti, "KaspianDrilinqKompaniLimited" Məhdud Məsuliyyətli Cəmiyyəti, "AzercellTelekom" Məhdud Məsuliyyətli Cəmiyyəti, "Bakcell" Məhdud Məsuliyyətli Cəmiyyəti, "Azfen" Birgə Müəssisəsi var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti