...

"Bank VTB" (Azərbaycan) aktivlərini 60 faiz artırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Oktyabr 2014 15:00 (UTC +04:00)
Bu ilin üç rübündə "Bank VTB" (Azərbaycan) fəaliyyətinin bütün istiqamətlərində yüksək göstəricilər nümayiş etdirib.
"Bank VTB" (Azərbaycan) aktivlərini 60 faiz artırıb

Azərbaycan, Bakı, 24 oktyabr /Trend/

Bu ilin üç rübündə "Bank VTB" (Azərbaycan) fəaliyyətinin bütün istiqamətlərində yüksək göstəricilər nümayiş etdirib.

Bankdan cümə günü Trend-ə verilən məlumata görə, 1 oktyabr 2014-cü il tarixinə Bank VTB (Azərbaycan)-ın aktivləri 263 milyon manat təşkil etmişdir ki, bu da ötənilki analoji dövrün göstəricisi ilə müqayisədə aktivlərin 97 milyon manat artması deməkdir.

Bu ilin yanvar-sentyabr aylarında Bankın məcmu kredit portfeli üzrə göstəricisi 246 milyon manat olmuşdur. 2013-cü ilin 9 aylıq göstəricisi ilə müqayisədə kreditləşmənin həcmi 97 milyon manat artmışdır. Kredit portfelinin 53%-i biznes-kreditlərin payına düşmüşdür ki, onlardan da 32%-i mikro və kiçik sahibkarlığa, 21%-i isə orta və iri biznes layihələrinə yönəldilmişdir. Ümumi kredit portfelinin 47%-ni təşkil edən istehlak kreditlərinin əsas hissəsi avtokreditlərin (27%) və nağd kreditlərin (16%) payına düşmüşdür.

Oktyabrın əvvəlinə Bankın depozit portfeli 14 milyon manat olmuşdur. Bu ilin ilk 9 ayının nəticəsində Bankın gəlirləri 3 milyon manata çatmışdır ki, bu da 2013-cü ilin analoji dövrünə nisbətən 1,7 milyon manat çoxdur.

Hesabat dövrünün sonuna Bank VTB (Azərbaycan)-ın məcmu kapitalı 48 milyon manata çatmışdır. Ötən ilin eyni dövrü ilə müqayisədə məcmu kapital 17 milyon manat artmışdır.
"2014-cü ili Bank VTB (Azərbaycan)-ın sürətli inkişafa start verdiyi bir dövr kimi dəyərləndirmək olar. Bütün istiqamətlərdə fəaliyyətimizi aktivləşdirmişik və Azərbaycan bank bazarının fəal iştirakçılarından birinə çevrilmişik", - deyə Bankın Pərakəndə Biznesin İnkişafı Departamentinin direktoru Tural Vəliyev bildirib.

Təhlil olunan dövr ərzində Bank VTB (Azərbaycan) 5 yeni filialını istifadəyə verməklə satış nöqtələrinin sayını 10-a çatdırmışdır. Bu ilin sonuna kimi biri Sumqayıt şəhərində olmaqla daha 3 filialın müştərilətin xidmətinə verilməsi planlaşdırılır.

"Bank VTB" (Azərbaycan) ASC VTB Bank ASC-nin törəmə bankıdır. Bank VTB (Azərbaycan) ASC-nin səhmdarları: VTB Bank ASC və "AtaHolding" ASC-dir. Bank VTB (Azərbaycan) ASC əsasən korporativ biznesi, kiçik və fərdi biznesi təmsil edən müştərilərə xidmət göstərir. Bu gün bank 10 filial və Baş ofis yanında Müştəri Xidmətləri İdarəsi ilə təmsil olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti