...

"PAŞA Həyat" Almaniyada beynəlxalq sığorta forumunda iştirak edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Oktyabr 2014 16:08 (UTC +04:00)
“PAŞA Həyat Sığorta” şirkətinin nümayəndə heyəti Almaniyanın Baden-Baden şəhərində keçirilən “Təkrar sığortaçıların illik görüşü - 2014” adlı beynəlxalq tədbirdə iştirak edib.
"PAŞA Həyat" Almaniyada beynəlxalq sığorta forumunda iştirak edib

Azərbaycan, Bakı, 29 oktyabr /Trend/

"PAŞA Həyat Sığorta" şirkətinin nümayəndə heyəti Almaniyanın Baden-Baden şəhərində keçirilən "Təkrar sığortaçıların illik görüşü - 2014" adlı beynəlxalq tədbirdə iştirak edib.

Şirkətin İctimaiyyətlə Əlaqələr Xidmətindən Trend-ə verilən məlumata görə, forum çərçivəsində Azərbaycanın sığorta şirkətləri xarici tərəfdaşları ilə çoxsaylı işgüzar görüşlər keçirib. Görüşlər zamanı yeni partnyorların tapılması, təkrarsığorta risklərinin ötürülməsi, müxtəlif sığorta məhsulları üzrə təcrübə mübadiləsi, eləcə də Azərbaycan sığorta bazarında yeni məhsulların tətbiqi imkanları ilə bağlı müzakirələr aparılıb.

Qeyd edək ki, 37 ölkənin 214-dən çox nümayəndəsinin qatıldığı beynəlxalq forum çərçivəsində "Azərbaycan gecəsi" də təşkil olunub. Həmin gecədə qonaqlar Azərbaycan sığorta bazarındakı inkişaf və perspektivlər haqda məlumatlandırılıb, eləcə də Azərbaycanın milli mədəniyyəti, musiqisi və milli mətbəxinin nümunələri ilə yaxından tanış olublar.

Xatırladaq ki, forumda "PAŞA Həyat"ı şirkətin İdarə Heyətinin sədri Mürsəl Rüstəmov, sədr müavini Niyaz İsmayilov və digər struktur rəhbərləri təmsil edib.

Məlumat üçün qeyd edək ki, "Azərbaycan gecəsi"nin sponrsorlarından biri "PAŞA Həyat" şirkəti olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti