...

"PALMALİ" nəhəng tankeri suya buraxdı

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Noyabr 2014 23:04 (UTC +04:00)
Dünya sularında üzəcək tankerə Begim Aslanova adı verilib
"PALMALİ" nəhəng tankeri suya buraxdı

Azərbaycan, Bakı, 17 noyabr /Trend/

İstanbul yaxınlığında, Tuzla şəhərinin tərsanələrindən birində "Palmali" Şirkətlər Qrupuna məxsus 7 min tonluq yük qabiliyyətinə malik yeni tanker suya buraxılıb.

Şirkət prezidenti Mübariz Mənsimovun təşəbbüsü ilə tankerə Begim Aslanova adı verilib.

Bununla bağlı keçirilən mərasimdə "Palmali" Şirkətlər Qrupunun Prezidenti Mübariz Mənsimov, birinci vitse-prezidenti Marif Mənsimov, şirkət rəhbərliyi, bir sıra yerli və xarici qonaqlar iştirak edib.

Yeni layihəyə əsasən hazırlanan tanker daha da gücləndirilmiş dəniz funksiyasına malik olmaqla, bütün beynəlxalq daşıma tələblərinə tam cavab verir. Layihələndirmə zamanı dünya neft şirkətlərinin xüsusi tələbləri və əlavə ekoloji məhdudiyyətlər nəzərə alınıb.

Gəminin texniki xüsusiyyətlərinə gəldikdə, Volqa-Don bərə keçidindən və Volqa-Baltiysk su yollarından keçmə qabiliyyətinə malikdir. RST22M layihəli gəminin ümumi uzunluğu 139,95 metr, eni isə 16,8 metr, bortun hündürlüyü 6,0 metrə bərabərdir. Gəmi "Volqa-Don maks" tankeri sinfinə aiddir. Tankeri dəniz şəraitində 750 ton dedveyt yük götürür, yükgötürmə qabiliyyətini çaylardan keçərkən daha da artıra bilir.

Gəmi yenilənmiş beynəlxalq tələblərə tam cavab verməklə yanaşı, həm də bitki yağlarının daşınmasında batmamağa təminat verir. Layihə hazırlanarkən Rusiya və dünya neft şirkətlərinin tələbləri nəzərə alınıb, layihəyə (ECO-S) tipli Rusiyanın gəmi reqistrinin ekoloji məhdudiyyət sinfi də əlavə olunub.

Geminin anası Palmali Şirketler Qrupunun qurucusu ve Prezidenti Mübariz Mənsimovun anası Zümrüd Mensimova oldu. O gemiye xeyir dua verib uğurlar arzuladı.

"Palmalı" şirkətlər qrupu Aralıq dənizi, Xəzər və Qara dəniz sularında əsasən SOCAR və LUKOYL kimi neft şirkətlərinin yüklərini daşıyır, həmçinin digər böyük neft və neft məhsulları şirkətləri ilə uzunmüddətli müqavilələrə malikdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti