...

"Paşa Bank Georgia" "İlin Bankı" adına layiq görüldü

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Noyabr 2014 13:49 (UTC +04:00)
"PAŞA Bank"ın Gürcüstanda fəaliyyət göstərən törəmə bankı olan "PAŞA Bank Georgia" "İlin Bankı" mükafatına layiq görüldü.
"Paşa Bank Georgia" "İlin Bankı" adına layiq görüldü

Azərbaycan, Bakı, 21 noyabr /Trend*

"PAŞA Bank"ın Gürcüstanda fəaliyyət göstərən törəmə bankı olan "PAŞA Bank Georgia" "İlin Bankı" mükafatına layiq görüldü. Bankdan cümə günü Trend-ə verilən məlumata görə, mükafatı Gürcüstan Respublikasının Prezidenti Georgi Marqvelaşvili "Caspian Energy Forum 2014" çərçivəsində "PAŞA Bank Georgia"-nın direktorlar şurasının sədri Şahin Məmmədova təqdim etdi.

Şahin Məmmədov dedi: "Caspian Energy Forum 2014" Gürcüstan iqtisadiyyatının müxtəlif sahələrinin müzakirə olunması üçün bir platformaya çevrilmişdir və yeni investisiyaların cəlb edilməsinə, eləcə də, Xəzər-Qara Dəniz regionu ölkələrinin maliyyə sektorlarının inteqrasiyasına zəmin yaradır. PAŞA Bank Georgia Gürcüstan kimi inkişaf etmiş maliyyə bazarında müvəffəqiyyətli fəaliyyət göstərdiyi ilə qürur duyur. İnanırıq ki, bizim müvəffəqiyyətimiz Gürcüstan maliyyə bazarının daha da geniş inkişafına və Azərbaycanla Gürcüstan arasındakı iqtisadi əlaqələrin daha da güclənməsinə öz tövhəsini verəcək".

PAŞA Bank - Azərbaycanın aparıcı korporativ bankıdır. 2007-ci ildə təsis olunmuş Bank, geniş spektrli korporativ bank xidmətlərini göstərir, eləcə də kreditlərin verilməsi, qiymətli kağızlar bazarında əməliyyatlar, aktivlərin idarə olunması və xəzinədarlıq xidmətləri. Baş ofis və 10 Biznes-mərkəzləri ilə təmsil olunan PAŞA Bankda 307 əməkdaş çalışır. "Europe Banking Awards" 2011, 2012, 2013 çərçivəsində Bank "Azərbaycanın ən yaxşı İnvestisiya Bankı" elan olunmuşdur, 2013-cü ildə isə "World Finance" tərəfindən "Best Private Bank in Azerbaijan" adına layiq görülmüşdür.

PAŞA Bank Azərbaycanın iri investisiya Holdinqi olan və sığorta, inşaat, inşaat materiallarının istehsalı, turizm və eləcə də biznesin digər sahələrində geniş təmsil olunan PAŞA Şirkətlər Qrupunun bir hissəsidir. Azərbaycanın pərakəndə bankçılıq bazarının iri banklarından biri olan Kapital Bank da PAŞA Şirkətlər Qrupuna aiddir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti