...

Serbiya səfiri əməkdaşlığın daha da genişləndirilməsi üçün səy göstərəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Noyabr 2014 18:08 (UTC +04:00)
Serbiyanın səfiri İqtisadiyyat və Sənaye Nazirliyində olub.
Serbiya səfiri əməkdaşlığın daha da genişləndirilməsi üçün səy göstərəcək

Azərbaycan, Bakı, 21 noyabr /Trend/

Bu gün iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Serbiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Neboyşa Rodiçi qəbul edib.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə Ş.Mustafayev ölkəmizə səfir təyin olunması münasibətilə N.Rodiçi təbrik edib və Azərbaycandakı fəaliyyətində uğurlar arzulayıb. Vurğulanıb ki, Azərbaycan və Serbiya arasında əlaqələr müxtəlif sahələrdə uğurla inkişaf edir və qarşılıqlı səfərlər, keçirilən görüşlər əməkdaşlığın genişləndirilməsində xüsusilə əhəmiyyətlidir.

Görüşdə Azərbaycan iqtisadiyyatı barədə məlumat verilib, Azərbaycan və Serbiya iqtisadi əlaqələrinin daha da genişləndirilməsi üçün mövcud potensialdan səmərəli istifadə edilməsi vurğulanıb.

Nazir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində ölkəmizin ədalətli mövqeyini səfirin diqqətinə çatdırıb.

N.Rodiç səfir kimi ölkəmizə təyin olunmasından məmnunluğunu ifadə edib, iki ölkə arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün səy göstərəcəyini bildirib.

Ölkələrimiz arasında mövcud iqtisadi əlaqələrin və əməkdaşlıq perspektivlərinin müzakirə edildiyi görüşdə iş adamları arasında əlaqələrin genişləndirilməsinin əhəmiyyəti, Azərbaycanın "AzVirt" şirkətinin Serbiyada uğurla fəaliyyət göstərdiyi qeyd edilib.

Görüşdə əczaçılıq, kənd təsərrüfatı, turizm, hava nəqliyyatı və s. sahələrdə əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti