...

Azərbaycanın bank bazarında ixtisar təhlükəsi varmı?

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Noyabr 2014 15:09 (UTC +04:00)
Azərbaycanın bank sektoru qlobal maliyyə-iqtisadi böhrandan uğurla çıxdı. Bəs onu dünya iqtisadiyyatındakı hazırkı qeyri-sabit vəziyyətdə nə gözləyir?
Azərbaycanın bank bazarında ixtisar təhlükəsi varmı?

Baş redaktorun iqtisadiyyat üzrə müavini

İlahə Məmmədli - Trend:

Azərbaycanın bank sektoru qlobal maliyyə-iqtisadi böhrandan uğurla çıxdı. Bəs onu dünya iqtisadiyyatındakı hazırkı qeyri-sabit vəziyyətdə nə gözləyir?

Bu sual təkcə bankların özlərini deyil, ilin sonuna kimi beş-altı bankın bağlanacağı ehtimalı ilə bağlı KİV-də yayılan məlumatlara maraq göstərən əhalini də narahat edir.

Belə bir qənaət ölkənin baş bankiri Elman Rüstəmovun bəyanatından sonra yarandı. Həmin bəyanata görə, 2014-cü ilin sonunadək bütün sistemin aktivlərinin təxminən 99 faizinə nəzarət edən banklar Azərbaycan Mərkəzi Bankının (AMB) məcmu kapitalın minimum həcminin 50 milyon manata çatdırılması ilə bağlı tələbini yerinə yetirməlidirlər. AMB-nin ehtimallarına görə, beş-altı bank kapitallaşmaya dair tələbləri yerinə yetirə bilməyəcək. Bununla əlaqədar E.Rüstəmov qeyd edib ki, həmin banklarla fərdi qaydada iş aparılacaq, onlardan hər birinin fəaliyyət strategiyası müəyyən ediləcək. Yəni heç bir bankın bağlanmasından söhbət getmir.

Axı Mərkəzi bank istəsəydi, belə bir addımı hələ 2010-cu ildə atardı. O zaman Azərbaycan iqtisadiyyatı üçün 15-20-yə qədər bank yetərli idi.

Yeri gəlmişkən, əhali bank sektorunda baş verənlərə çox diqqətlə yanaşır. Və əgər bankların əhəmiyyətli hissəsinin lisenziyaları geri alınarsa, onda əhali heç bir öyüd-nəsihətə qulaq asmadan sadəcə öz hesablarındakı pulları çıxarmağa başlayardı.

Aydındır ki, bu halda Əmanətlərin Sığortalanması Fondunun həmin zəmanətli əmanətləri ödəmək üçün vəsaitləri çatmazdı və hər şey son dərəcə acınacaqlı şəkildə başa çatardı.

Bu arada, ölkə bankları ötən müddət ərzində təkrar strukturlaşma nəticəsində xeyli möhkəmləniblər. Əgər hətta hansısa bankları belə vəziyyət gözləyirsə [AMB onların adını açıqlamır], əminliklə demək mümkündür ki, bu vəziyyət nə Azərbaycanın bank sisteminə, nə də ümumilikdə əhaliyə güclü təsir göstərəcək. Ölkənin bank sektorunun aktivlərinin ümumi həcmində bu bankların [beş-altı] aktivlərinin ümumi həcmi bir faizə yaxın təşkil edir. Bu gün həmin bankların balansında əhalinin depozitləri demək olar ki, yoxdur. Çünki onlar əmanətlər cəlb etmək üzrə icazəyə malik deyillər.

Müvafiq olaraq, onlar nə əhali, nə də kreditorlar üçün təhlükə kəsb edir. Əgər Mərkəzi Bank həqiqətən bankların sayını azaltmaq istəsəydi, bu, bir il əvvəl baş verərdi. Lakin AMB kapitala tələblərin yerinə yetirilməsi müddətini daha bir il uzatdı.

Əhali əmanətlərinin təhlükəsizliyinə görə bütün məsuliyyəti anlayan AMB planlı şəkildə bu banklar üçün riskləri azaldıb və bu gün əhalinin əmanətlərini heç nəyin təhdid etmədiyini inamla demək mümkündür.

Bundan əvvəl bəzi bankların bağlanması təcrübəsi - "Birlik Bank" (2011-ci il yanvarın 28-dən), "Kövsər Bank" (2010-cu il dekabrın 1-dən bağlanıb, lakin bu il bank öz lisenziyasını yenidən bərpa edib), "Debut Bank" (2010-cu il dekabrın 1-dən) və "Royal Bank" (2012-ci il iyulun 12-dən) yuxarıda deyilənlərin hamısını təsdiqləyir. Bu bankların gedişi əmanətçilərə və ümumilikdə ölkənin maliyyə sektoruna təsir etmədi, çünki onların yerli bank bazarında payı cüzi idi.

Bundan başqa, Əmanətlərin Sığortalanması Fondu "Royal Bank"la bağlı yaranan vəziyyətdə olduğu kimi, əhalinin otuz min manatadək həcmdə olan əmanətlərini ödəməyə qadirdir.

İstənilən halda Mərkəzi Bank belə addım atmazdan əvvəl banklara iki variantdan birini seçməyi təklif etməyə hazırdır: ya birləşməli, ya da statusunu bank olmayan kredit təşkilatı (BOKT) ilə əvəz etməlisən. Əmanətləri qəbul etmək icazəsi olmadıqda da həmin bankların BOKT funksiyasını yerinə yetirdiklərini hesab etmək olar.

Problemin mahiyyəti ondan ibarətdir ki, bu gün demək olar, bank xidmətlərinin aktiv bazarına malik ölkələrin hamısı bankların kapitallaşmasına tələbləri təqdim edirlər. Həmin tələblər qəbul edilən risklərə adekvat olmalı və bankların gözlənilməyən zərərləri kompensasiya etmək qabiliyyətini təmin etməlidir. Axı məlum olduğu kimi, adekvat kapitallaşma ilə effektiv idarə olunan banklar itkilərə nisbətən daha davamlıdır və digər "kapitallaşmamış" banklara nisbətən pərakəndə müştərilərə və biznes subyektlərinə iş fəaliyyətinin bütün dövrü, eləcə də tənəzzül dövrü ərzində daha çox kredit verməyə qadirdirlər.

Bununla yanaşı, tənzimləyici yalnız beş illik fasilədən sonra Azərbaycanın kommersiya banklarının ümumi kapitalına minimum tələbləri beşqat artırmaq haqqında qərar qəbul edib.

2007-ci il iyulun 1-dən banklar üçün kapitalın minimum həcmi 10 milyon manat təşkil edirdi. 2014-cü il yanvarın 1-dən isə onların kapitalının ən azı 50 milyon manata çatdırılması vacib oldu. Lakin ölkənin bank sisteminə dəstək göstərmək üçün tənzimləyici bu müddəti daha bir il uzatdı.

Və bu qərar bank bazarının ciddi azalacağına dair bütün şübhə və ehtimalları alt-üst etdi. Bununla da AMB hər bir banka gələcək fəaliyyət strategiyası üzərində düşünmək fürsəti verərək başqa statusda olsa da, bazarda qalmaq üçün aktivlərin birləşdirilməsi variantını təklif etdi.

Doğrudur, göstərilən müddətin başa çatmasına bir aydan az vaxt qalıb və bu günədək Mərkəzi Bank hələ də birləşmə haqqında hər hansı təklif almayıb.

Bu gün ölkənin 9 bankının kapitalı 100 milyon manatı ötür, analoji sayda özəl bankın məcmu aktivləri bir milyard dollardan çox təşkil edir. Amma 2000-ci ildə Azərbaycanın bütün bank sisteminin aktivləri bir milyard manata yaxın təşkil edirdi.

Bankların kapital mövqelərinin gücləndirilməsi zərurətinin yaranmasına səbəb bu gün Azərbaycan iqtisadiyyatının miqyasının (2003-cü illə müqayisədə) üç dəfə artması, hər nəfərə düşən ÜDM-in isə 20 faiz artaraq 400-dən 8 min dollara qədər çoxalmasıdır. Banklar bazarda bu miqyasda müəyyən mövqe, rəqabətqabiliyyətliliyin saxlanması və əhaliyə geniş çeşiddə xidmət göstərməkdən ötrü lazımi həcmdə kapitala malik olmalıdırlar.

Bu gün Azərbaycanda banklar biznesi, ölkə iqtisadiyyatını 10 milyard manat həcmində əlavə kreditlə təmin etmək imkanına malikdirlər. Bu isə kreditləşmə üçün cəlb edilmiş əlavə maliyyə resurslarıdır ki, bu da faiz dərəcələrinin azalmasına gətirib çıxarıb.

Bu, ciddi rəqabətdən və ucuz resursların cəlb edilməsi üçün xarici bazarlara çıxış imkanlarından xəbər verir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti