...

"Unibank" gənc sahibkarları dəstəkləyir

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Noyabr 2014 15:38 (UTC +04:00)
Uğurlu innovativ layihəni necə hazırlamaq olar? "Unibank" sizə öz biznesinizi qurmaqda kömək olur.
"Unibank" gənc sahibkarları dəstəkləyir

Azərbaycan, Bakı, 24 noyabr /Trend/

Uğurlu innovativ layihəni necə hazırlamaq olar? "Unibank" sizə öz biznesinizi qurmaqda kömək olur. Bank daha bir tədbirin təşkilatçısı olmaqla, sahibkarlığın inkişafına dəstəyini davam etdirir.

Bankdan Trend-ə verilən məlumata görə, "Unibank" ikinci dəfədir ki, qlobal formatlı "Start-up Weekend" tədbirinin Bakıda keçirilməsinə dəstək verir. Noyabrın 21-23-ü tarixlərində keçirilən tədbirdə, innovativ texnologiyalara əsaslanan sahibkarlar, "start-up" müəllifləri, marketoloqlar, dizaynerlər və proqramçılar komandalarda bir araya gələrək "start-up"larla münsiflər qarşısında təqdimatlar etdilər.

Tədbirin məqsədi bu yarışmada iştirak edən hər bir komandanın üç gün ərzində startapı tam formalaşdıraraq, işlək halda təqdim etməsidir. Prosesin səmərəliliyini təmin etmək məqsədilə iştirakçılar statuslu peşəkarlar tərəfindən məsləhətlər alıblar.

"Baku Startup Weekend" müstəqil mütəxəssislər və "Start-up Weekend" qlobal forumu tərəfindən təşkil edilib. Tədbirə ABŞ, Rusiya, İordaniya, Türkiyə də daxil bir neçə ölkədən qonaqlar qatılıb.

Qeyd edək ki, "Start-up Weekend" biznes dünyasında çox məhşur layihələrdəndir. 2007-ci ildən başlayaraq 107-dən çox ölkədə keçirilən bu formatlı tədbirlərə ümumi olaraq 100 mindən artıq sahibkar cəlb edilib. Tədbirlər nəticəsində dünyanın müxtəlif ölkələrində 1000-dən artıq şirkət yaranıb müvəffəqiyyətlə fəaliyyət göstərir.

Ətraflı məlumatı Unibank-ın "facebook" səhifəsindən (www.facebook.com/unibank.az) əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti