...

Çexiya Azərbaycanda tikinti və nəqliyyat sektoru ilə bağlı layihələrdə iştirak etmək istəyir

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Noyabr 2014 20:37 (UTC +04:00)
Azərbaycanın Çexiyadakı fövqəladə və səlahiyyətli səfiri Fərid Şəfiyev Çexiya xarici işlər naziri Lubomir Zaoralek tərəfindən qəbul edilib.
Çexiya Azərbaycanda tikinti və nəqliyyat sektoru ilə bağlı layihələrdə iştirak etmək istəyir

Azərbaycan, Bakı, 26 noyabr /Trend/

Azərbaycanın Çexiyadakı fövqəladə və səlahiyyətli səfiri Fərid Şəfiyev Çexiya xarici işlər naziri Lubomir Zaoralek tərəfindən qəbul edilib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, L.Zaoralek Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll edilməsinin vacibliyini vurğulayıb.

Eyni zamanda, ölkələr arasında qarşılıqlı iqtisadi və ticarət əlaqələrinin inkişaf etdirilməsi məsələləri müzakirə edilib. Çexiya tərəfinin Azərbaycanın tikinti və nəqliyyat sektorunda həyata keçirilən layihələrdə iştirak etməkdə maraqlı olduğu qeyd edilib.

Tərəflər, həmçinin regional təhlükəsizlik məsələlərini və ikitərəfli münasibətlərə dair qarşılıqlı maraq kəsb edən digər məsələləri müzakirə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti