...

Nəqliyyat Nazirliyi: Türkiyə Bakı-Tbilisi-Qars üzrə işləri vaxtında başa çatdıracaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Noyabr 2014 08:34 (UTC +04:00)
Bakı-Tbilisi-Qars yeni dəmir yolu xəttinin yaradılması layihəsi çərçivəsində Türkiyə ərazisində işlər vaxtında tamamlanacaq.
Nəqliyyat Nazirliyi: Türkiyə Bakı-Tbilisi-Qars üzrə işləri vaxtında başa çatdıracaq

Azərbaycan, Bakı, 26 noyabr /Trend, müxbir Emil İsmayılov/

Bakı-Tbilisi-Qars yeni dəmir yolu xəttinin yaradılması layihəsi çərçivəsində Türkiyə ərazisində işlər vaxtında tamamlanacaq. Trend-in məlumatına görə, bunu çərşənbə günü jurnalistlərə nəqliyyat nazirinin müavini Musa Pənahov Türkiyə ərazisində işlərin yubanması haqqında informasiya ilə bağlə sualı cavablandırarkən deyib.

Onun sözlərinə görə, bu söhbətlər layihə reallaşdırılmağa başlayandan var: "Demək istərdim ki, Türkiyədə işlər davam edir və vaxtına tamamlanacaq".

M.Pənahov qeyd edib ki, bu ilin dekabrında Gürcüstanın Türkiyə ilə sərhədinədək ilk işçi qatarın işə salınması planlaşdırılır.

Bakı-Tbilisi-Qars dəmir yolu Gürcüstan-Azərbaycan-Türkiyə dövlətlərarası sazişi əsasında tikilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti