...

Bakı-Tbilisi-Qars layihəsinə qoşulmağa maraq göstərən ölkələrin sayı artır

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Noyabr 2014 13:45 (UTC +04:00)
Əfqanıstan, Türkmənistan, Azərbaycan, Gürcüstan və Türkiyə dəmir yolu daşımalarının təşkili barədə saziş üzərində işləyirlər.
Bakı-Tbilisi-Qars layihəsinə qoşulmağa maraq göstərən ölkələrin sayı artır

Azərbaycan, Bakı, 28 noyabr /Trend, müxbir Emil İsmayılov/

Əfqanıstan, Türkmənistan, Azərbaycan, Gürcüstan və Türkiyə dəmir yolu daşımalarının təşkili barədə saziş üzərində işləyirlər.
Trend-in məlumatına görə, bunu cümə günü jurnalistlərə nəqliyyat nazirinin müavini Musa Pənahov deyib.

Onun sözlərinə əsasən, işlər Əfqanıstandan Türkmənistana yeni dəmir yolununun tikintisi və onun yeni Bakı-Tbilisi-Qars dəmir yolu xəttinə birləşdirilməsi layihəsi çərçivəsində aparılır.

Nazir müavini qeyd edib ki, hazırda Hindistan və Pakistan da Bakı-Tbilisi-Qars dəmiryol xətti layihəsinə qoşulmağa böyük maraq göstərir. Daha əvvəl Əfqanıstan və Qazaxıstan BTQ-yə qoşulmaqda maraqlı olduqlarını bildirmişdilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti