...

Bakıda daşınmaz əmlak üzrə İT mərkəzin tikintisi tamamlanır

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Noyabr 2014 15:24 (UTC +04:00)
Azərbaycanda daşınmaz əmlakın idarə edilməsi sisteminin avtomatlaşdırılması çərçivəsində Bakıda İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzinin tikintisi 2015-ci ildə başa çatacaq.
Bakıda daşınmaz əmlak üzrə İT mərkəzin tikintisi tamamlanır

Azərbaycan, Bakı, 28 noyabr /Trend, müxbir Maksim Tsurkov/

Azərbaycanda daşınmaz əmlakın idarə edilməsi sisteminin avtomatlaşdırılması çərçivəsində Bakıda İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzinin tikintisi 2015-ci ildə başa çatacaq.

Trend-in məlumatına görə, bunu jurnalistlərə Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov "BMT-nin Avropa İqtisadi Komissiya (AİK) regionunda daşınmaz əmlak idarəçiliyi sistemlərinin müqayisəsi və Daşınmaz Əmlakın İdarə Edilməsinin Qiymətləndirilməsi Proqramının icra vəziyyəti" mövzusunda keçirilən seminar çərçivəsində deyib.

Onun sözlərinə görə, "elektron hökumət" sisteminə keçid çərçivəsində Dünya Bankı və Azərbaycan hökumətinin dəstəyi ilə ölkədə daşınmaz əmlakın qeydiyyata alınmasının avtomatlaşdırılması üzrə proqram reallaşdırılır. Azərbaycanda mövcud olan daşınmaz əmlakın qeydiyyatı sistemi yaxın gələcəkdə tam olaraq elektron formata keçiriləcək.

K.Həsənov qeyd edib ki, vətəndaşlara elektron formada xidmətlərin göstərilməsi bu sahədə şəffaflığın artırılmasına imkan yaradacaq: "Bununla əlaqədar olaraq, gələcəkdə daşınmaz əmlakın məlumat bazasının avtomatlaşdırılmış idarəetmə sistemi ilə böyük İT mərkəzin tikintisini başa çatdırmağı planlaşdırırıq. Bütün daşınmaz əmlak bu bazada qeydiyyata alınacaq ki, bu da real vaxt rejimində istənilən zəruri informasiyanı əldə etməyə imkan verəcək".

Onun sözlərinə əsasən, bununla paralel olaraq Şamaxıda ehtiyat mərkəz tikilir: "Ehtiyat mərkəzin tikintisini də gələn il başa çatdırmaq nəzərdə tutulur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti