...

Azərbaycanın tikinti şirkəti Rusiyada mövqelərini möhkəmləndirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Noyabr 2014 19:39 (UTC +04:00)
"AS Group Investment" şirkəti Rusiyanın Sverdlovsk vilayyətində yerləşən "Titanovaya Dolina" xüsusi iqtisadi zonanısın rezidenti oldu.
Azərbaycanın tikinti şirkəti Rusiyada mövqelərini möhkəmləndirir

Azərbaycan, Bakı, 28 noyabr /Trend/

"AS Group Investment" şirkəti Rusiyanın Sverdlovsk vilayyətində yerləşən "Titanovaya Dolina" xüsusi iqtisadi zonanısın rezidenti oldu.

Şirkətdən Trend-ə verilən məlumaat görə, "AS Group Investment" şirkətlər qrupuna daxil olan "AS Prom" şirkəti "Titanovaya Dolina" xüsusi iqtisadi zonasında qənaetcil texnologiyaların istifadəsi ilə yüksək texnologiyalı tikinti materiallarının istehsalı layihəsini həyata keçirəcək. İstehsal beton qarışıqlarının formalaşması üzərində qurulan itkisiz İspaniya texnologiyasına söykənir. İstehsal gücü saatda 1,8 min divar bloku təşkil edəcək. Bu layihəyə 200 mln. rus rublu həcmində investisiyanın qoyulması planlaşdırılır. Layihəyə qoyulan investisiyaların geri qayıtması dövrü altı il təşkil edir. Azərbaycan sirkətinin strateji planı öz seqmentində regional bazarın 5-6% ələ almaqdır.

Xatırlatmaq istərdik ki, xüsusi iqtisadi zonalar iqtisadiyyatın yüksək texnologiyalı sahələrinə, idxalı əvəz edən istehsala, gəmiqayırma və turizmə yerli və xarici birbaşa investisiyalarını cəlb etməklə Rusiya regionların inkişafına yönələn iri miqyaslı layihədir.

Xüsusi iqtisadi zonaların fəaliyyəti 49 illik bir müddəti əhatə edəcək. Hər bir xüsusi iqtisadi zonaya Rusiya höküməti vergi güzəştləri və gömrük üstünlükləri, həmçinin mühəndis, nəqliyyat və işgüzar infrastruktura çıxış əldə etmək imkanı verən xüsusi hüquqi status verir. Xüsusi iqtisadi zonada layihələrin reallaşdırılması zamanı investorların xərci orta Rusiya göstəricilərindən 30% aşağıdır.

Rusiya şirkətləri üçün xüsusi iqtisadi zonalar böyük layihələri reallaşdırmaq və xarici bazarlara çıxmaq imkanı yaradır. Öz növbəsində xarici şirkətlər üçün, o cümlədən "AS Group Investment" üçün xüsusi iqtisadi zonalar Rusiya bazarına çıxmaq imkanı yaradır.

"AS Group Investment"in layihəsi ilə yanaşı olaraq Rusiyanın iqtisadi inkişaf nazirliyi digər iki şirkət tərəfindən daha iki layihənin reallaşdırılmasına öz razılığını verib.

Qeyd etmək lazımdır ki, bu "AS Group Investment"in Rusiyada reallaşdırdığı ilk layihə deyil. Beləki "AS Group Investment" tərəfindən 2013-cü ildə yaradılan "AS Stroy", Rusiyanın Nijni Taqil şəhərində Aleksandrovskiy yaşayış kompleksinin tikintisi üzrə cari planlaşdırma işləri həyata keçirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti