...

Azərbaycan həyat sığortası zamanı e-imzadan istifadə imkanlarına baxır

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Noyabr 2014 20:08 (UTC +04:00)
Bu gün Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) Həyat sığortası komitəsinin iclası keçirilib.
Azərbaycan həyat sığortası zamanı e-imzadan istifadə imkanlarına baxır

Azərbaycan, Bakı, 28 noyabr /Trend/

Bu gün Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) Həyat sığortası komitəsinin iclası keçirilib.

Trend-in assosiasiyaya istinadən verdiyi məlumata görə, iclasda sığorta sahəsində sənəd mübadiləsi prosesinin sadələşdirilməsi məqsədi ilə elektron imzadan istifadə edilməsi, sığorta müqavilələrinin elektron qaydada bağlanması məsələsi müzakirə edilib.

Bundan başqa, toplantı iştirakçıları həyatın yaşam (yığım) və həyatın ölüm halından sığortası, fiziki şəxslərə təqdim edilən kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığorta, ipoteka sığortası mövzularında müzakirələr aparıblar, müvafiq qərarlar qəbul olunub.

Həmçinin ASA tərəfindən xarici mütəxəssislərin iştirakı ilə həyat sığortası sahəsində seminarların təşkil edilməsi də müzakirə obyekti olub.

İclasda ASA-nın sədri Orxan Bayramov, hüquqşünası Cavid Məhərrəmov, adı çəkilən komitənin sədri - "PAŞA Həyat" sığorta şirkətinin İdarə Heyətinin sədr müavini Niyaz İsmayılov, eləcə də komitənin digər üzvləri - "PAŞA Həyat"ın Strateji planlaşdırma və layihələrin idarə olunması şöbəsinin mütəxəssisi Misir Quliyev, "Qala Həyat" sığorta şirkətinin Hüquq, kadrlar və iddiaların tənzimlənməsi departamentinin müdir müavini Ceyhun Alməmmədli, Daxili audit xidmətinin rəis müavini Rauf Tağıyev, "Atəşgah Həyat" sığorta şirkətinin Müqavilələr şöbəsinin müdiri Şəfəq Həsənova iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti