...

Azərbaycanda vergidən yayınanlar arasında iri neft şirkətləri də var (SİYAHI)

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Noyabr 2014 19:53 (UTC +04:00)
Azərbaycan Vergilər Nazirliyi ölkədə vergi borcunu ödəməyən şirkət və fiziki şəxslərin siyahısını açıqlayıb.
Azərbaycanda vergidən yayınanlar arasında iri neft şirkətləri də var (SİYAHI)

Azərbaycan, Bakı, 28 noyabr /Trend/

Azərbaycan Vergilər Nazirliyi ölkədə vergi borcunu ödəməyən şirkət və fiziki şəxslərin siyahısını açıqlayıb.

Trend-in Vergilər Nazirliyinin saytına istinadən verdiyi məlumata əsasən, həmin şirkətlər arasında "Hess (ACG) Limited" neft şirkətinin Bakı nümayəndəliyi, "Karasu Development Company" neft şirkətinin Kayman adalarında qeydiyyata alınmış nümayəndəliyi, "Petroleum Services Group SA" şirkəti, MILK-PRO süd emalı şirkəti, "Bakı Şərab-2" və digər şirkətlər var.

Ümumilikdə siyahıda 197 hüquqi və fiziki şəxs yer alıb.

Tam siyahı ilə bu səhifədə tanış olmaq olar: http://www.taxes.gov.az/uploads/vergiborcu/26112014.pdf

Məqalədə:
Xəbər lenti

Xəbər lenti