...

Türkiyə bankının Azərbaycana ikinci gəlişinin səbəbləri məlum oldu

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Dekabr 2014 20:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 dekabr /Trend, müxbir Azad Həsənli/

Türkiyənin "Ziraat Bankası" "Azər-Türk Bank" ASC-də payının satışı barədə qərar qəbul edib. Trend-in "Hürriyyət" qəzetinə istinadən verdiyi məlumata görə, bunu bankın baş direktoru Hüseyn Aydın deyib.

O, qeyd edib ki, Azərbaycanın bank bazarı inkişaf edir: "Bankımız da irəli getməlidir. Lakin müəyyən texniki səbəblərə görə payımızın Azərbaycan tərəfinə satılması barədə qərar qəbul etdik. Əvəzində isə Azərbaycanda yeni bankın açılması üçün lisenziya əldə etmək niyyətindəyik".

Azərbaycanın bank bazarındakı mənbələrdən Trend-ə verilən məlumata görə, Türkiyə bankı ilkin mərhələdə "Azər-Türk Bank"da iştirak payını indiki 50 faizdən 15 faizədək azaltmaq niyyətindədir. "Ziraat Bankası"nın Azərbaycan bazarına yeni bank qismində daxil olması artıq 2014-cü ilin sonunadək gözlənilir.

Qeyd edək ki, Türkiyənin "Ziraat Bankası" törəmə bankın təsis edilməsi ilə bağlı daha əvvəl Azərbaycan Mərkəzi Bankına (AMB) müraciət etmişdi. Mərkəzi Bankdan isə bildirmişdilər ki, hazırda "T.C. Ziraat Bankası"nın müraciəti AMB-də baxılmaqdadır və cari ilin sonunadək törəmə bankın lisenziyalaşdırılması proseslərinin yekunlaşdırılması nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti