...

Assosiasiya: Azərbaycanda sığorta bazarı təxminən 4 faiz böyüyüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Dekabr 2014 12:17 (UTC +04:00)
2014-cü ilin yanvar-noyabr aylarında Azərbaycanda fəaliyyət göstərən 28 sığorta şirkəti tərəfindən 382,8 milyon manat sığorta haqqı toplanıb ki, bu da ötən ilin analoji dövrünün göstəricisini 3,8 faiz (13,9 milyon manat) üstələyir.
Assosiasiya: Azərbaycanda sığorta bazarı təxminən 4 faiz böyüyüb

Azərbaycan, Bakı, 18 noyabr /Trend, müxbir Azad Həsənli/

2014-cü ilin yanvar-noyabr aylarında Azərbaycanda fəaliyyət göstərən 28 sığorta şirkəti tərəfindən 382,8 milyon manat sığorta haqqı toplanıb ki, bu da ötən ilin analoji dövrünün göstəricisini 3,8 faiz (13,9 milyon manat) üstələyir. Trend-in məlumatına görə, bunu cümə axşamı Azərbaycan Sığortaçılar Assosiasiyasının rəhbəri (ASA) Orxan Bayramov 11 ayın yekunlarına həsr edilmiş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, ilin əvvəlindən bazarın 14-16 faiz artacağı proqnozlaşdırılsa da, bir sıra səbəblərdən, xüsusilə də avtomobil kreditlərinin verilməsi qaydalarının sərtləşməsi ilə əlaqədar artım sürəti azalıb.

İlin sonunadək bazarın artımı 6-7 faiz səviyyəsində gözlənilir.

Şirkətlər hesabat dövründə təqribən 143,5 milyon manat sığorta ödənişi həyata keçiriblər ki, bu da ötən ilin yanvar-noyabrın aylarının göstəricisindən 29,9 faiz (33 milyon manat) çoxdur.

Toplanmış hər 100 manat sığorta haqqı müqabilində 37,5 manat ödəniş həyata keçirilib. 2013-cü ilin yanvar-noyabrında bu göstərici 30 manat olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti