...

Azərbaycanda dollar-rubl cütlüyü ilə əməliyyatlar məhdudlaşdırılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Dekabr 2014 12:21 (UTC +04:00)
BFB-də USD-RUB valyuta cütlüyündə alış sifarişlərinin yenidən bərpası ilə bağlı tərəfimizdən əlavə olaraq açıqlama veriləcəkdir.
Azərbaycanda dollar-rubl cütlüyü ilə əməliyyatlar məhdudlaşdırılıb

Azərbaycan, Bakı, 18 dekabr /Trend/

Beynəlxalq bazarlarda ABŞ dolları ilə rus rublu valyuta cütlüyünün aşağı likvidlik səbəbi ilə, bu törəmə valyuta aləti ilə marja ticarətini təşkil edən Bakı Fond Birjasinın ticarət sistemində alış sifarişlərinin açılması məhdudlaşdırılıb. Trend-in məlumatına görə, bu barədə Bakı Fond Birjası yayıb.

Sözügedən valyuta cütlüyündə öncədən alış sifarişləri olan müştərilər bu əməliyyatları istənilən vaxt bağlaya bilərlər.

BFB-də USD-RUB valyuta cütlüyündə alış sifarişlərinin yenidən bərpası ilə bağlı tərəfimizdən əlavə olaraq açıqlama veriləcəkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti