...

Teymuraz Şaraşenidze: Gürcüstan Bakı-Tbilisi-Qarsla ilk sınaq qatarını buraxmağa hazırdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Dekabr 2014 14:14 (UTC +04:00)
Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun Gürcüstan hissəsi sınaq qatarının buraxılmasına hazırdır.
Teymuraz Şaraşenidze: Gürcüstan Bakı-Tbilisi-Qarsla ilk sınaq qatarını buraxmağa hazırdır

Azərbaycan, Bakı, 19 dekabr /Trend, müxbir Emil İsmayılov/

Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun Gürcüstan hissəsi sınaq qatarının buraxılmasına hazırdır. Trend xəbər verir ki, bu barədə Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidze cümə günü Trend BİA-da keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, BTQ-nin Gürcüstan hissəsinin tikintisi işləri əsas etibarilə tamamlanıb.

Bakı-Tbilisi-Qars layihəsinin 2015-ci ildə başa çatdırılması planlaşdırılır, bu ilin sonuna kimi isə ilk sınaq işçi qatarının buraxılması nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti