...

İran Azərbaycandan Rusiyaya kənd təsərrüfatı məhsulları ixrac etmək niyyətindədir

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Dekabr 2014 10:26 (UTC +04:00)
İranlı ixracatçılar öz kənd təsərrüfatı məhsullarını Azərbaycan ərazisindən Rusiyaya ixrac etmək niyyətindədirlər.
İran Azərbaycandan Rusiyaya kənd təsərrüfatı məhsulları ixrac etmək niyyətindədir

Azərbaycan, Bakı, 22 dekabr /Trend, müxbir Maksim Tsurkov/

İranlı ixracatçılar öz kənd təsərrüfatı məhsullarını Azərbaycan ərazisindən Rusiyaya ixrac etmək niyyətindədirlər. Bu barədə Trend-ə Azərbaycan hökumətindən bildiriblər.

Mənbə deyib: "İndi bu məsələdə əməkdaşlığın mümkünlüyü ilə bağlı danışıqlar aparılır. İran Azərbaycana burada emal ediləcək xammal tədarük etmək və artıq Azərbaycan malı kimi müvafiq sertifikatla, etiket və s. ilə Rusiyaya yola salmağa hazırdır".

Agentliyin müsahibinin sözlərinə görə, bu, onunla bağlıdır ki, iranlı ixracatçılar Rusiyaya birbaşa ixrac zamanı 20 faizlik gömrük rüsumu ödəməlidirlər. Azərbaycanla RF arasında sərbəst ticarət haqqında müqavilə mövcuddur ki, bu da malları gömrük ödənişlərindən azad edir.

Bir müddət əvvəl İranın kənd təsərrüfatı nazirinin müavini Əbdülmehdi Bəhşəndeh qeyd etmişdi ki, İran məhsullarını Azərbaycandan Rusiyaya ixrac etmək niyyətindədir: "Bank əməliyyatlarındakı problemlər və gömrük rüsumlarının yüksək olması ikitərəfli ticarətə mane olur, çünki Rusiya ilə İran arasında hələlik gömrük əməkdaşlığı üzrə bir sıra razılaşmalar başa çatmayıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti