...

Expressbank “Qış Möcüzəsi” aksiyasını təqdim edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Dekabr 2014 11:09 (UTC +04:00)
Expressbank bank kartlar üzrə Visa ilə birgə “Qış Möcüzəsi” aksiyasını təqdim edir. Aksiya 20 mart 2015-ci il tarixinədək davam edəcək.
Expressbank “Qış Möcüzəsi” aksiyasını təqdim edir

Azərbaycan, Bakı, 22 dekabr /Trend/

Expressbank bank kartlar üzrə Visa ilə birgə "Qış Möcüzəsi" aksiyasını təqdim edir. Aksiya 20 mart 2015-ci il tarixinədək davam edəcək.

Trend bankın bazar ertəsi yaydığı məlumata istinadən xəbər verir ki, aksiyanın şərtlərinə görə, ay ərzində ən çox həcmdə nağdsız ödəniş edənlər planşet, ən çox sayda nağdsız ödəniş edənlər smartfon, ümumi ödənişləri 100 AZN-dən az olmamaqla minimum 3 ödəniş edənlər isə flash card qazana biləcəklər.

Qeyd edək ki, müştərilər Visa Electron kartını 6 AZN, Visa Classic kartını isə 8 AZN-ə əldə edə bilərlər. Müştərilər hesaba minimum 400 AZN ilkin mədaxil etməklə Visa Gold, 800 AZN ilkin mədaxillə isə Visa Platinum kartlarını filiallarda və ya onlayn sifariş edə bilərlər. Müştəri kartı aldığı gün hesaba mədaxil etdiyi məbləğdən komissiyasız istifadə edə bilər.

Expressbank geniş çeşiddə valyuta seçimi ilə (Azərbaycan manatı, ABŞ dolları, avro və Böyük Britaniya funtu) bank kartlarını 1, 2 və ya 3 il müddətinə təklif edir. Hesabda olan məbləği Expressbank bankomatlarında nağdlaşdıran zaman heç bir komissiya tutulmur.

Expressbank-ın xidmət şəbəkəsi 17 filialdan ibarətdir. Onlardan 12-si Bakı və Sumqayıt şəhərlərində, 5-i isə ölkənin Gəncə, Mingəçevir, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 80-dək bankomat, 5000-dək POS terminal və 140-dək ExpressPay ödəniş terminalı vardır.

Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya Bankın rəsmi facebook səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti