...

“Audatex” Azərbaycanda yol qəzalarından dəyən zərərin dəyərinin müəyyən edilməsində vahid yanaşma sisteminin tətbiq olunmasına kömək edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Dekabr 2014 12:21 (UTC +04:00)
Sığorta hadisələri nəticəsində dəyən zərərlərin qiymətləndirilməsi üzrə qabaqcıl şirkətlərdən biri kimi geniş təcrübəyə malik olan “Audatex” şirkətinin Azərbaycanda fəaliyyətə başlaması ilə bağlı İcbari Sığorta Bürosu ilə həmin şirkət və “Audatex” şirkətini Fransada təmsil edən “Sidexa” şirkəti arasında “Birgə fəaliyyət haqqında” Müqavilə imzalanmışdır.
“Audatex” Azərbaycanda yol qəzalarından dəyən zərərin dəyərinin müəyyən edilməsində vahid yanaşma sisteminin tətbiq olunmasına kömək edəcək

Azərbaycan, Bakı, 22 dekabr /Trend/

Sığorta hadisələri nəticəsində dəyən zərərlərin qiymətləndirilməsi üzrə qabaqcıl şirkətlərdən biri kimi geniş təcrübəyə malik olan "Audatex" şirkətinin Azərbaycanda fəaliyyətə başlaması ilə bağlı İcbari Sığorta Bürosu ilə həmin şirkət və "Audatex" şirkətini Fransada təmsil edən "Sidexa" şirkəti arasında "Birgə fəaliyyət haqqında" Müqavilə imzalanmışdır. Qeyd olunan Müqavilə 2014-cü ilin 16 dekabr tarixində "Sidexa" şirkətinin ali idarəedici orqanı tərəfindən təsdiq olunmuşdur. Həmin Müqaviləyə əsasən növbəti ay ərzində "Solera Azərbaycan" şirkətinin yaradılması nəzərdə tutulur. Hazırda bu istiqamətdə, həmçinin, Audatex şirkətinin təklif etdiyi proqram təminatlarının və məlumatlar bazasının Azərbaycan sığorta bazarına uyğunlaşdırılması və bazara təqdim edilməsi ilə əlaqədar şirkət tərəfindən lazımi işlər həyata keçirilməkdədir.

"Solera Azərbaycan" Şirkətinin 2015-ci ilin 01 iyul tarixindən fəaliyyətə başlaması planlaşdırılır.

Qeyd edək ki, "Audatex" şirkəti dünyanın bir çox ölkəsində xidmət göstərir. Zərərlərin qiymətləndirilməsi üzrə sahənin ölkədə inkişaf etdirilməsi, beynəlxalq praktikaya uyğunlaşdırılması və s. məsələlər baxımından adı çəkilən şirkətin iş təcrübəsi xüsusi əhəmiyyət kəsb edir.

"Audatex" proqram təminatlarının Azərbaycan sığorta bazarında istifadəsi yol-nəqliyyat hadisələri nəticəsində nəqliyyat vasitələrinə dəyən zərərlərin dəyərinin müəyyən edilməsində vahid yanaşma və qiymətləndirmə sisteminin tətbiq olunmasını təmin edəcəkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti