...

"NBC Bank" səhmlərini yerləşdirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Dekabr 2014 16:14 (UTC +04:00)
"NBC Bank" ASC dekabrın 24-dən dəyəri 5 milyon manatdan çox adi, adlı, sənədsiz səhmlərinin emissiya prospektinin yerləşdirilməsinə başlayır.
"NBC Bank" səhmlərini yerləşdirir

Azərbaycan, Bakı, 22 dekabr /Trend, müxbir Azad Həsənli/

"NBC Bank" ASC dekabrın 24-dən dəyəri 5 milyon manatdan çox adi, adlı, sənədsiz səhmlərinin emissiya prospektinin yerləşdirilməsinə başlayır.

Trend-in Bakı Fond Birjasına istinadən verdiyi məlumata görə, emissiya çərçivəsində hər birinin nominal dəyəri 243,6 manat olan 20 535 səhm buraxılıb.

Səhmlərinin yerləşdiriməsinin anderrayteri qismində "Texnika Kapital Menecment" MMC çıxış edir.

Emissiyanın yerləşdirilməsi nəticəsində bankın nizamnamə kapitalı 46,536 milyon manatdan 51,54 milyon manatadək artırılacaq.

Qeyd edək ki, "NBC Bank" 1992-ci ilin dekabrında yaradılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti