...

AİB Azərbaycanda iqtisadi artım proqnozuna yenidən baxıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Dekabr 2014 17:45 (UTC +04:00)
Asiya İnkişaf Bankı (AİB) bu il Azərbaycanın ümumi daxili məhsulunun (ÜDM) artımını 3 faiz səviyyəsində gözləyir.
AİB Azərbaycanda iqtisadi artım proqnozuna yenidən baxıb

Azərbaycan, Bakı, 22 dekabr /Trend, müxbir Azad Həsənli/

Asiya İnkişaf Bankı (AİB) bu il Azərbaycanın ümumi daxili məhsulunun (ÜDM) artımını 3 faiz səviyyəsində gözləyir. Trend-in məlumatına görə, bunu AİB-in Bakı nümayəndəliyinin iqtisadçısı Nail Vəliyev mətbuat konfransında deyib.

Onun sözlərinə əsasən, bank 2015-ci ildə Azərbaycanda iqtisadi artımı 3,5 faiz səviyyəsində proqnozlaşdırır. Daha əvvəl bank 2014-cü ildə bu göstəricini 5 faiz və 2015-ci ildə 4,8 faiz səviyyəsində proqnozlaşdırırdı.

N.Vəliyev qeyd edib ki, Azərbaycanda iqtisadi artım proqnozuna yenidən baxılması dünyada neftin qiymətinin azalması ilə bağlıdır: "Bu ilin yekunları üzrə neft sektorunun artımını gözləyirdik, lakin ilin ortalarında onun enişi baş verdi. İlkin məlumatlara görə, bu il Azərbaycanda inflyasiya 2 faiz, 2015-ci ildə isə 3 faiz səviyyəsində gözlənilir".

O, əlavə edib ki, hazırda yeni "Asian Development Outlook" hesabatı üçün iqtisadi araşdırmalar üzərində iş gedir: "Araşdırmanın gələn ilin fevralında başa çatacağı, hesabatın isə apreldə dərc olunacağı planlaşdırılır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti