...

2014-cü ildə Azərbaycanın nəqliyyat sektoruna 2,5 milyard dollar sərmayə qoyulub

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Yanvar 2015 12:04 (UTC +04:00)
2014-cü ildə Azərbaycanın nəqliyyat sektoruna müxtəlif mənbələrdən 2,5 milyard dollar sərmayə qoyulub.
2014-cü ildə Azərbaycanın nəqliyyat sektoruna 2,5 milyard dollar sərmayə qoyulub

Azərbaycan, Bakı, 26 yanvar /Trend, müxbir Emil İsmayılov/

2014-cü ildə Azərbaycanın nəqliyyat sektoruna müxtəlif mənbələrdən 2,5 milyard dollar sərmayə qoyulub. Trend xəbər verir ki, bu barədə bazar ertəsi Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov "Yol infrastrukturu, tikintisi və yenidən qurulmasında yeni texnologiyaların və innovasiyaların tətbiqi" mövzusunda konfransda bildirib.

Onun sözlərinə görə, ölkənin nəqliyyat sektoruna yatırılan vəsaitlərin ümumi həcmindən 1,9 milyard dollar yol-nəqliyyat infrastrukturunun inkişafına xərclənib.

Nazirin qeyd etdiyi kimi, son 10 il ərzində ölkədə 11 min kilometr yol və təxminən 300 körpü inşa edilib.

Z.Məmmədov qeyd edib ki, Bakıda 70 körpü, 84 yeraltı və yerüstü piyada keçidi tikilib. Bundan əlavə, son 10 il ərzində Azərbaycanın nəqliyyat sektorunda yükdaşımaların həcmi 5,7 faiz artıb, sərnişindaşımalarda artım 3,7 faiz təşkil edib. Tranzit daşımalar isə 3,4 faiz artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti