...

Bakıda ilk Avropa Oyunlarına hazırlıq çərçivəsində avtobus və taksi parkları genişləndiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Yanvar 2015 13:26 (UTC +04:00)
Azərbaycan Nəqliyyat Nazirliyi 2015-ci ildə Bakıda keçiriləcək ilk Avropa Oyunlarına hazırlıq çərçivəsində fəal işlər görməkdə davam edir.
Bakıda ilk Avropa Oyunlarına hazırlıq çərçivəsində avtobus və taksi parkları genişləndiriləcək

Azərbaycan, Bakı, 26 yanvar /Trend, müxbir Emil İsmayılov/

Azərbaycan Nəqliyyat Nazirliyi 2015-ci ildə Bakıda keçiriləcək ilk Avropa Oyunlarına hazırlıq çərçivəsində fəal işlər görməkdə davam edir. Trend xəbər verir ki, bu barədə bazar ertəsi jurnalistlərə nəqliyyat naziri Ziya Məmmədov bildirib.

Onun sözlərinə görə, idmançıların, qonaqların və turistlərin nəqliyyat hərəkət marşrutları artıq müəyyən edilib, paytaxtdakı avtobus və taksi parklarının genişləndirilməsi işləri davam etdirilir.

Nazir deyib ki, habelə artıq 300 yeni "London" taksisi paytaxta gətirilib, bu il fevralın sonu-martın əvvəlində daha 200 avtomobilin gətiriləcəyi gözlənilir: "Ümumilikdə biz qarşıdakı ilk Avropa Oyunlarına yaxşı hazırlaşmışıq".

2015-ci il 12-28 iyun tarixlərində keçiriləcək Bakı 2015 Avropa Oyunları Avropa qitəsi üçün çoxsaylı idman növləri üzrə baş tutacaq çox maraqlı və innovativ yarışlar olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti