...

2014-cü ildə Azərbaycan gömrüyünün 140-a yaxın əməkdaşı inzibati məsuliyyətə cəlb edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Yanvar 2015 13:55 (UTC +04:00)
2014-cü ildə Azərbaycanın gömrük orqanlarının 139 əməkdaşı müxtəlif hüquq pozuntularına görə inzibati məsuliyyətə cəlb edilib.
2014-cü ildə Azərbaycan gömrüyünün 140-a yaxın əməkdaşı inzibati məsuliyyətə cəlb edilib

Azərbaycan, Bakı, 30 yanvar /Trend, müxbir Azad Həsənli/

2014-cü ildə Azərbaycanın gömrük orqanlarının 139 əməkdaşı müxtəlif hüquq pozuntularına görə inzibati məsuliyyətə cəlb edilib. Trend xəbər verir ki, bu barədə cümə günü Dövlət Gömrük Komitəsi (DGK) sədrinin birinci müavini Səfər Mehdiyev komitənin geniştərkibli kollegiya iclasında bildirib.

O deyib: "Ötən il altı əməkdaş gömrük orqanlarında xidmətdən azad edilib, birinin rütbəsi aşağı salınıb, 28 nəfər ciddi töhmət və son xəbərdarlıq, 80 nəfər töhmət alıb, 24 nəfər isə tənbeh edilib".

Mehdiyevin sözlərinə görə, ümumilikdə, bir il ərzində gömrük orqanlarında işə qəbul üzrə sınaq imtahanlarında 468 nəfər iştirak edib.

DGK sədrinin birinci müavini qeyd edib ki, ötən il gömrük orqanlarında işə 144 nəfər qəbul edilib, 98 nəfər isə tutduğu vəzifədən azad edilib: "Hesabat dövründə 244 nəfərin rütbəsi artırılaraq yeni vəzifəyə keçib. Bundan başqa, 22 nəfərin rütbəsi azaldılaraq başqa vəzifəyə keçib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti