...

EY Bakıda vergi seminarı keçirdi (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Yanvar 2015 17:01 (UTC +04:00)
30 yanvar 2015-ci il tarixində EY Azərbaycanın Hyatt Hotels mehmanxanasının Quba mərasim zalında səhər yeməyini təklif etməklə vergi seminarını keçirdi.
EY Bakıda vergi seminarı keçirdi (FOTO)

30 yanvar 2015-ci il tarixində EY Azərbaycanın Hyatt Hotels mehmanxanasının Quba mərasim zalında səhər yeməyini təklif etməklə vergi seminarını keçirdi. Seminarı EY-ın vergi sahəsində tanınmış peşəkarları keçirdi. Tədbir müxtəlif sahələrdə fəaliyyət göstərən iri şirkətlərin 100-dən artıq nümayəndəsini bir araya gətirdi.

EY-ın Vergi və hüquq məsələləri üzrə Partnyoru Arzu Hacıyeva qonaqları açılış nitqi ilə salamlayaraq gündəliklə tanış etdi. Xanım Hacıyeva bildirdi ki, EY seminarı vergi, əmək və miqrasiya qanunvericiliyində ən son dəyişiklikləri işıqlandırmaq məqsədilə planlaşdırmış və keçirmişdir. Eyni zamanda, xanım Hacıyeva son zamanlar vergi təcrübəsində geniş yayılmış tendensiyalardan da söhbət açdı.

Seminarın əsas məruzəçisi EY-ın Vergi və hüquq məsələləri üzrə meneceri Zaur Qurbanov oldu.

Zaur Qurbanov: "Bir cümlə ilə desək, Vergi Məcəlləsinə bu il edilən dəyişikliklər fiziki şəxsləri dolayısı ilə yol vergisindən azad etdi, digər tərəfdən isə fiziki şəxslərin faiz gəlirinin vergidən tam azad olunması dövrünə son qoydu."

"Bahalı mal həvəskarları iri həcmli mühərriki olan avtomobillər, qiymətli metallar və brilyantlar üzrə aksiz vergilərinin artması faktı ilə rastlaşacaq", deyə Zaur Qurbanov əlavə etdi.

Təqdimat və müzakirələr zamanı həm də vergi tələblərinə riayət sahəsində aktual məsələlərə dair fikirlər təqdim edildi. Seminar diqqəti bir daha əmlak vergisinin yenidən qiymətləndirilməsində yeni tendensiyalara, qiymətləndiricilərin cəlb edilməsinə, vergi risklərinin yaranmasına tez-tez səbəb olan digər məsələlərə yönəltdi.

Seminar iştirakçıları bütün seminar ərzində suallar vermiş, təqdimat haqqında pozitiv rəylər bildirmiş və seminarın təşkilatçısı olan EY tərəfindən görülmüş işi yüksək qiymətləndirilmişdir.

"Son yeniliklərə həsr olunmuş bu seminar işgüzar proseslər zamanı rastlaşdığımız məsələlərə praktik cavablar vermişdir. Bu cür ətraflı məlumata görə mən EY-a minnətdarlığımı bildirirəm. Eyni zamanda mən seminarın işgüzar əlaqələr baxımından faydalılığını və müsbət formatını qeyd etmək istəyirəm", Ata Holdinqin Baş Maliyyə Direktoru Ceyhun Abdullayev belə demişdir.

"Seminar zamanı müxtəlif praktik məsələləri müzakirə etmək və diqqət tələb edən sahələrə vaxt ayırmaq imkanını əldə etdik", bunu Total E&P Şirkətinin Hüquq və vergi məsələləri üzrə məsləhətçisi Xanqız Aslanova demişdir.

"EY şirkətinin vergi tədbirlərində iştirak mənim üçün bir ənənəyə çevrilib. EY Vergi xidmətləri sahəsində öz dəyərini artıq sübuta yetirmişdir və bu gün biz bu faktın daha bir təsdiqinin şahidi olduq. Bütün seminarı və xüsusi maraq doğuran Vergi təcrübəsi hissəsini çox bəyəndim" Statoil şirkətinin vergi məsləhətçisi Aynur Sultanlı demişdir.

EY Seminarda bütün iştirakçılarını görməyə şad oldu və hər bir iştirakçını ayırdığı vaxta və diqqətə görə təşəkkür edir!

EY haqqında

EY audit, vergi, əməliyyatların müşayiət edilməsi və məsləhət xidmətləri üzrə qlobal liderdir. Dərin biliklər və göstərdiyimiz keyfiyyətli xidmətlər bizə bütün dünyada kapital bazarlarının və iqtisadiyyatların etibarını qazanmağa kömək edir. Biz bütün maraqlı tərəflərə verdiyimiz vədləri təmin edən komanda toplamaq üçün görkəmli liderlər yetişdiririk. Bunu etməklə, biz insanlarımız, müştərilərimiz və cəmiyyətlərimiz üçün daha yaxşı iş dünyasının qurulmasında mühüm rol oynayırıq.

EY bütün MDB-də müştərilərin ehtiyacalarına uyğun olaraq öz xidmət və resurslarını genişləndirir. Moskva, Sankt Peterburq, Bakı, Vladivostok, Yekaterinburq, Almatı, Astana, Kazan, Kiyev, Daşkənd, Minsk, Tbilisi və digər şəhərlərdə fəaliyyət göstərən 21 ofisdə 4,800 mütəxəssis çalışır.

EY qlobal təşkilatdır və EY dedikdə, Ernst & Young Global Limited qlobal şirkətlər qrupunun bir və ya bir neçə üzvü nəzərdə tutulur. Hər bir üzv ayrıca hüquqi şəxsdir. EY Global Limited, məsuliyyəti üzvlərinin zəmanətləri ilə məhdudlaşan Böyük Britaniya şirkəti olaraq, müştərilərə xidmətlər göstərmir. Daha ətraflı məlumat almaq üçün buraya müraciət edə bilərsiniz: www.ey.com

EY Azərbaycanda

EY 20 il bundan əvvəl Bakıda ofis açmaqla Azərbaycana və regiona öz dəyərli töhfəsini vermişdir. Bu gün biz, Azərbaycanda fəaliyyət göstərən aparıcı firma olmaqla yanaşı, bütün bölgədə də liderik. Geniş bilik və təcrübəmiz sayəsində biz həm yerli, həm beynəlxalq şirkətlərə, həm də dövlət müəssisələrinə beynəlxalq iqtisadi məsələlərlə bağlı çətinlikləri dəf etməyə kömək edirik.

2014-cü il EY-ın Azərbaycanda fəaliyyət göstərməsinin 20-ci il dönümü olmuşdur. Hal-hazırda Bakı ofisimizdə Azərbaycan Respublikasındakı müştərilərimizə xidmət göstərən 170-dan çox işçi çalışır. EY-ın Xəzər regionundakı güclü mövqeyi və firmanın öz resurslarından tam şəkildə istifadə etməsi regionda fəaliyyət göstərən müəssisələr üçün böyük əhəmiyyət kəsb edir. Bu, firma inkişaf etdikcə, EY-ın yerli mütəxəssisləri cəlb etmək və onları təcrübəmizdə aparıcı mövqe tutmaq üçün təlimləndirmək ənənəsinə sadiq qalacağı deməkdir.

Daha ətraflı məlumatla www.ey.com/Azerbaijan ünvanında tanış ola bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti