...

Yanğın "PAŞA Bank"ın əməliyyatlarının normal rejimdə aparılmasına təsir göstərməyib

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 Yanvar 2015 12:46 (UTC +04:00)
"PAŞA Bank"ın binasının texniki hissəsindəki yanğın uğurla lokallaşdırılıb.
Yanğın "PAŞA Bank"ın əməliyyatlarının normal rejimdə aparılmasına təsir göstərməyib

Azərbaycan, Bakı, 31 yanvar /Trend/

"PAŞA Bank"ın binasının texniki hissəsindəki yanğın uğurla lokallaşdırılıb.

Bankdan Trend-ə verilən məlumata görə, "PAŞA Bank"ın Yusif Məmmədəliyev küçəsi, 15 ünvanında yerləşən binasının texniki zonasında yanğın baş verib. Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri yanğını uğurla lokallaşdırıblar.

"PAŞA Bank"ın Təhlükəsizlik Xidmətinin direktoru Fuad Paşayevin sözlərinə görə, hazırda yanğına səbəb olan bütün detallar araşdırılır: "Yanğın bankın binasının texniki zonasına və qismən server otağının bir hissəsinə təsir edib. Yanğın bankın əməliyyatlarının normal rejimdə həyata keçirilirməsinə hər hansı bir təsir göstərməyib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti