Azərbaycan, Bakı, 1 fevral / Trend/
Duman Heydər Əliyev Beynəlxalq Aeroportunda təyyarələrin qəbuluna və yola salınmasına təsir etməyib. Bu barədə bazar günü Trend-ə aeroportdan bildirilib.
Məlumata görə, təyyarələrin qəbulu və yola salınması cədvələ uyğun həyata keçirilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə bildiriblər ki, fevralın 1-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, arabir tutulacaq, gün ərzində yağmursuz keçəcək. Cənub küləyi əsəcək, gündüz arabir güclənəcək.
Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 4-6, gündüz 8-12 dərəcə isti olacaq.