...

Əfqanıstan səfiri əməkdaşlığın genişləndirilməsi üçün səy göstərəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Fevral 2015 19:54 (UTC +04:00)
Şahin Mustafayev Əfqanıstan İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mohammad Taqi Xalilini qəbul edib.
Əfqanıstan səfiri əməkdaşlığın genişləndirilməsi üçün səy göstərəcək

Azərbaycan, Bakı, 11 fevral /Trend/

İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Əfqanıstan İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mohammad Taqi Xalilini qəbul edib.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə Ş.Mustafayev səfir təyin olunması münasibətilə M.T.Xalilini təbrik edib, Azərbaycan və Əfqanıstan arasında əməkdaşlığın qarşılıqlı hörmət və faydalı əməkdaşlıq prinsipləri üzərində qurulduğunu vurğulayıb, iqtisadi əlaqələrin inkişafı üçün imkanları diqqətə çatdırıb.

Diplomat səfir kimi ölkəmizə təyin olunmasından məmnunluğunu ifadə edib, iki ölkə arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün səy göstərəcəyini bildirib.

Görüşdə iki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsi perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti