...

"Amrahbank" dollarda olan əmanətlər üzrə faiz dərəcələrini qaldırdı

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Fevral 2015 18:17 (UTC +04:00)
“Amrahbank”da ABŞ dollarında olan əmanətlər üzrə faiz dərəcələri 14%-ə qədər qaldırıldı.
"Amrahbank" dollarda olan əmanətlər üzrə faiz dərəcələrini qaldırdı

Azərbaycan, Bakı, 18 fevral /Trend/

17 fevral 2015-ci il tarixindən "Amrahbank" ASC-də ABŞ dollarında olan əmanətlər üzrə illik faiz dərəcəsi 14%-ə qədər qaldırıldı.

Bankdan Trend-ə verilən məlumata görə, bankın manat hesabında olan əmanətlər üzrə illik faiz dərəcəsi isə 15%-ə bərabərdir. Hazırda "Amrahbank" banklar arasında əmanətlər üzrə ən yüksək illik faiz gəlirləri təklif edən banklardan biridir.

1993-cü ildə təsis edilmiş "Amrahbank" Azərbaycanın ilk və aparıcı banklarından biridir. "Amrahbank" həm fərdi, həm də korporativ müştərilərə bütün bank xidmət və məhsullarını, o cümlədən cari və depozit hesabları, hesablaşma-kassa və plastik kartlarla əməliyyatlar, yerli və beynəlxalq pul köçürmələri, istehlak və biznes kreditləri, sənədli əməliyyatlar, ticarətin maliyyələşdirilməsi və digər bank xidmətlərini təqdim edir.

Bəhreyn Krallığında fəaliyyət göstərən Beynəlxalq İnvestisiya Bankı (www.iib-bahrain.com), 2008-ci ildən "Amrahbank"ın strateji səhmdarıdır.

Hazırda 23 filiali və 1 şöbəsi fəaliyyət göstərən bank paytaxtla yanaşı, respublikamızın Sumqayıt, Lənkəran, Tovuz, Şəmkir, Biləsuvar, Bərdə, Gəncə, Masallı, Goranboy kimi regionlarını əhatə edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti